PDF Oxu

Siyasət

  • 497

Qazaxda Ümummilli Lider Heydər Əliyevin Anım Günü qeyd olunub

image

Ümummilli Lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar 11 dekabr 2025-ci il tarixdə YAP Qazax rayon təşkilatının Qazax rayon İcra Hakimiyyəti ilə birgə “Nə qədər ki, Azərbaycan var, mən də varam” mövzusunda tədbiri keçirilib.

Tədbir Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələrinin qoyulması ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və müqəddəs şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev açaraq Ümummilli Lider Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğundakı müstəsna xidmətlərindən ətraflı danışıb. Rayon təşkilatının sədri qeyd edib ki, Dahi Rəhbərin respublikamıza rəhbərlik etdiyi dövrlər möhtəşəm quruculuq və tərəqqi, davamlı və hərtərəfli inkişaf dövrü kimi şanlı dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb. A.Nəbiyev onu da vurğulayıb ki, Böyük Xilaskar, Dahi Şəxsiyyət Heydər Əliyev 22 ildir ki, cismən aramızda olmasa da, xoşbəxtliyimiz ondadır ki, onun ideyaları, ilahi arzuları Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında günbəgün, zaman - zaman həyata keçir, müstəqil, suveren Azərbaycanımız hər gün yeni bir uğura, nailiyyətə, qələbəyə imza atır.

Qazax rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısındakı çoxşaxəli fəaliyyətindən, müstəqil Azərbaycanımızın xoş - firavan gələcəyi naminə həyata keçirdiyi möhtəşəm layihələrdən, ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuz qazanmasındakı misilsiz xidmətlərindən geniş bəhs edib. M.Alıyev bu gün Ulu Heydər Əliyev siyasi kursunun, onun dəsti - xəttinin Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında əzmlə, böyük səylə davam etdirilməsindən bəhs edərək, əbədiyaşar Liderimizə Ulu Tanrıdan rəhmət diləyib.

Partiya veteranlarından Mübariz Süleymanov, Flora Əmirova, Ceyhunə Hüseynova, şəhid atası Elxan Abdullayev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən, misilsiz xidmətlərindən ətraflı bəhs ediblər. Natiqlər Ulu Öndərin əziz xatirəsinin hər zaman müdrik xalqımız tərəfindən dərin hörmət və ehtiramla, böyük sevgi və sədaqətlə anıldığını və qədirbilən xalqımızın qəlbində əbədi yaşayacağını bildiriblər.

Sonda partiya veteranları şair Cavanşir Rüstəm və Kazım Kazımlı Ulu Öndər Heydər Əliyevə həsr etdikləri şeirlərini səsləndiriblər. Qazax rayon Daş Salahlı kənd 2 saylı tam orta məktəbin şagirdləri müxtəlif ədəbi - bədii kompozisiya ilə çıxış ediblər.

Digər xəbərlər