PDF Oxu

Siyasət

  • 1 046

Strateji tərəfdaşlığın yeni mərhələsi

image

Dekabr ayının 8-də Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya səfəri, iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.Ölkələrimiz arasında diplomatik münasibətlər 1993-cü il noyabrın 23-də qurulsa da, sovet dövründə münasibətlər mövcud olub. SSRİ-nin dağılması ilə müstəqilik əldə edən hər iki ölkə arasında münasibətlər son illər davamlı olaraq artmaqdadır. Slovakiya Azərbaycanın Avropa İttifaqına daxil olan və ikitərəfli strateji tərəfdaşlığa dair əməkdaşlığı olan 9 ölkədən biridir.

Diplomatik səfərlər, parlament dialoqları və iqtisadi layihələr Slovakiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlığa doğru sistemli və davamlı inkişaf etdiyini göstərir. Slovakiya nümunəsi həm də onu göstərir ki, İttifaqın üzvü olan ölkələr milli maraqları qorumaqla bərabər, blokun ümumi siyasətinə uyğun əməkdaşlıq apara bilirlər. Bu əməkdaşlıq həm iki ölkənin maraqlarına xidmət edir, həm də regionda iqtisadi və siyasi sabitlik üçün önəmli model formalaşdırır, yeni investisiya imkanları açır və sülhün iqtisadi dividentlərinin reallaşmasına şərait yaradır.

Prezident İlham Əliyev Slovakiyaya səfərin sadəcə rəsmi görüşlərdən ibarət olmadığını, həm də gələcək əməkdaşlıq üçün möhkəm təməl qoyduğunu vurğulayıb.O, həmçinin Slovakiya Prezidenti Peter Pellegrini-ni gələcəkdə Azərbaycana rəsmi səfərə dəvət edib, bu, ölkələrarası dialoq və əməkdaşlığın daha da gücləndirilməsi üçün açıq çağırışdır.

Slovakiyanın uğurlu inkişafı, onun Avropa və beynəlxalq aləmdə artan mövqeyi bizi sevindirir və eyni zamanda gələcəyə ümidi artırır. Bu nailiyyətlər bizə dost-həmkar kimi baxılan ölkələrlə münasibətlərimizi dərinləşdirmək, strateji əməkdaşlığı genişləndirmək üçün yeni imkanlar yaradır. Qeyd etmək lazımdır ki, bu səfərin nəticəsi olaraq həyata keçiriləcək konkret layihələr enerji, nəqliyyat, müdafiə, investisiya və digər sahələrdə iki ölkənin də rifahı naminə olacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Respublikasına səfəri iki ölkə arasındakı münasibətlərin yeni strateji mərhələyə qədəm qoyduğunu nümayiş etdirir və Azərbaycan-Slovakiya əməkdaşlığının bütün sahələrdə daha da möhkəmlənməsinə yönəlmiş əhəmiyyətli addım kimi qiymətləndirilir. Səfər çərçivəsində Prezident İlham Əliyev və Slovakiya Prezidenti bir sıra ikitərəfli məsələləri müzakirə edərək əməkdaşlığın perspektivlərini və gələcək imkanlarını qiymətləndiriblər.

Mətbuata verdiyi bəyanatda dövlətimizin başçısı İlham Əliyev vurğulayıb ki, Azərbaycan və Slovakiya artıq strateji tərəfdaşdır və bu səfər iki ölkə arasındakı əməkdaşlıq platformasını möhkəmləndirir. O, əvvəlki illərdə imzalanmış Strateji Tərəfdaşlıq üzrə Birgə Bəyanatın əlaqələrin inkişafına böyük təkan verdiyini qeyd edərək, hazırda əməkdaşlığın bütün sahələrdə aktiv olaraq davam etdiyini bildirib.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Digər xəbərlər