PDF Oxu

Siyasət

  • 955

"Ulu Öndər Heydər Əliyev - Xalqa həsr edilmiş ömür”

image

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Liderin Heydər Əliyevin anım günü ilə əlaqədar “Ulu Öndər Heydər Əliyev - Xalqa həsr edilmiş ömür” adlı tədbir keçirib.Tədbir iştirakçıları əvvəlcə Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Rayon Həmkarlar Komitəsinin sədri Əli Bağırov, Kəlbəcər Gənclər və İdman sektorunun müdiri Musa Məmmədov, Kəlbəcər Rayon Statistika İdarəsinin rəis müavini Niyaməddin Cəfərov, 99 nömrəli Kəlbəcər rayon tam orta məktəbin direktoru İsmət Nəcəfov, Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyev adına orta məktəbin müəllimi Ərəsdun Kamalov, 109 nömrəli Kəlbəcər rayon tam orta məktəbin müəllimi Çinarə Eyvazova çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, onun Azərbaycan dövlətçiliyinin xilası və inkişafında oynadığı əvəzsiz roldan bəhs ediblər.Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev xalqımızın yaddaşında qurtuluş missiyasının müəllifi və müasir Azərbaycan dövlətinin qurucusu kimi əbədi yer alıb. Ulu Öndərin siyasi kursu bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Azərbaycan sürətli inkişaf yolu keçib, beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirib, tarixi ədalət bərpa olunub.

Digər xəbərlər