PDF Oxu

Siyasət

  • 1 410

“Zəngəzur dəhlizi ətrafında zidd mövqelər eyni hədəfə xidmət edir” - Elman Nəsirov

image

“Son dövrdə baş verən proseslər zahirən bir-birinə zidd görünsə də, əslində paralel şəkildə inkişaf edir və eyni hədəfə yönəlir. Avropa İttifaqının Ermənistanla imzaladığı "Strateji Gündəm" sənədində Azərbaycanın ərazi bütövlüyünə qarşı cinayət törətmiş şəxslərə dəstəyin əks olunması açıq qərəzin göstəricisidir”. SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov parlamentin plenar iclasında çıxışı zamanı səsləndirib.Deputat qeyd edib ki, sənəddə Zəngəzur dəhlizinin adının belə çəkilməməsi və qeyri-real kommunikasiya təşəbbüslərinə istinad olunması proseslərin bilərəkdən uzadıldığını göstərir. Onun sözlərinə görə, Rusiya və İran da Avropa İttifaqı ilə zidd mövqedə görünmələrinə baxmayaraq, Zəngəzur dəhlizi məsələsində eyni mövqedən çıxış edirlər.Elman Nəsirov vurğulayıb ki, bütün bu cəhdlər Azərbaycanın regional təşəbbüslərini əngəlləməyə yönəlib: “Prezident İlham Əliyevin də bildirdiyi kimi, Azərbaycan heç kimdən asılı deyil, sülhün həm müəllifidir, həm də təminatçısıdır. 2026-cı il büdcəsində müdafiə və təhlükəsizlik xərclərinin artırılması da bu iradənin bariz göstəricisidir”.

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər