PDF Oxu

Siyasət

  • 449

ABŞ ordusunda generalların sayı azaldılacaq FOTO

image

“Pentaqonun yüksək vəzifəli rəsmiləri ABŞ-ın bir neçə əsas hərbi qərargahının vəzifəsini aşağı salmağı və yüksək vəzifəli generallar arasında güc balansını dəyişdirməyi planlaşdırır”. Bu barədə 16 dekabrda The Washington Post öz mənbələrinə istinadən məlumat verib. Nəşrin iddiasına görə, təklif ABŞ müdafiə naziri Pit Heqset tərəfindən irəli sürülür. The Washington Post qeyd edir ki, əgər qəbul edilərsə, plan onilliklər ərzində ABŞ hərbi iyerarxiyasının ən yüksək eşelonlarında ən əhəmiyyətli dəyişikliklərdən birinə səbəb olacaq və Heqsetin status-kvonu pozmaq və Orduda dördulduzlu generalların sayını azaltmaq vədini qismən yerinə yetirəcək. Məsələ ilə tanış olan beş nəfərin sözlərinə görə, bu, ABŞ Mərkəzi, Avropa və Afrika Komandanlıqlarının qərargahının rolunu zəiflədəcək və onları yeni bir təşkilatın - ABŞ Beynəlxalq Komandanlığının nəzarəti altına alacaq.

Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynin yaxın günlərdə təklifi ətraflı izah etməsi gözlənilir. Media mənbələrinə görə, bu cür addımlar ABŞ administrasiyasının Yaxın Şərq və Avropadan resursların yenidən bölüşdürülməsinə və əsasən Qərb yarımkürəsində hərbi əməliyyatların genişləndirilməsinə yönəlmiş digər səylərini tamamlayacaq.

Plan həmçinin Qərb yarımkürəsində hərbi əməliyyatlara nəzarət edən ABŞ Cənub və Şimal Komandanlıqlarının ABŞ Amerika Komandanlığı və ya Americom adlanan yeni bir qərargah altında yenidən təşkil edilməsini nəzərdə tutur. NBC News əvvəllər bu konsepsiya haqqında məlumat vermişdi.

Bundan əlavə, Pentaqon rəsmiləri Americom-a tabe olan ABŞ Arktika Komandanlığının yaradılmasını da müzakirə etmişdilər, lakin nəşrin məlumatına görə, bu ideya rədd edilib.

Bu tədbirlər döyüş komandanlığı kimi tanınan yüksək rütbəli hərbi qərargahların sayını 11-dən səkkizə endirəcək, eləcə də birbaşa Hegsetə tabe olan dördulduzlu general və admiralların sayını azaldacaq. Qalacaq digər döyüş komandanlıqları ABŞ Hind-Sakit Okean Komandanlığı, ABŞ Kiber Komandanlığı, ABŞ Xüsusi Əməliyyatlar Komandanlığı, ABŞ Kosmik Komandanlığı, ABŞ Strateji Komandanlığı və ABŞ Nəqliyyat Komandanlığıdır.

İlham

Digər xəbərlər