PDF Oxu

Siyasət

  • 520

Humanizm dövlət siyasətinin əsas prioritetlərindəndir

image

Ümummilli lider Heydər Əliyevin humanizm ideyalarını həyata keçirmək dövlət siyasətimizin əsas prioritetlərindəndir. Ulu öndərin bilavasitə, rəhbərlik etdiyi komissi­ya tərəfindən işlənib hazirlanan və 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusi­yası ölkəmizin demokratik dəyərlərə sadiq dövlət kimi inkişafına geniş yol açdı. Konstitusiyada əksini tapan maddələrin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının qorunma­sına xidmət edir. 1998-ci il fevralın 10-da ölüm hökmünün ləğvi ilə Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşdü. Ümummilli lider ölüm hökmü­nü ləğv etməklə bəşəri humanizmə, beynəlxalq hüquq normalarına sadiq­liyini bir daha nümayiş etdirdi.

1995-ci ildən başlayaraq, mühüm hadisələr, bayramlar ərəfəsində əfv fərman və sərəncamlarının imzalan­ması, amnistiya aktlarınin qəbulu sis­temli xarakter aldı. Səhvini anlayan, əməllərindən peşmançılıq keçirənlər ulu öndər Heydər Əliyev tərəfindən əfv edilir, yenidən normal həyata qayıtmalarına imkan yaradılırdı.

Bu gün Ulu öndərin möhkəm təməllər üzərində əsasını qoyduğu huma­nizm siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi respublikamızın həyatında böyük tarixi hadisədir. Bu il, həm də tarixi Qələbəmizin 5-ci ildönümüdür. Bu əlamətdar hadisələrlə bağlı Prezident İlham Əliyevin Amnistiya elan edilməsi təşəbbüsü ölkəmizdə böyük rəğbətlə qarşılanıb. İnsan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Prezident İlham Əliyevin bu təşəbbüsü onun humanizm və sosial ədalət prinsiplərihə sadiqliyinin növbəti nümunəsidir. Sayca 13-cü olan Amnistiya aktı 20 mindən çox şəxsə şamil olunacaq. Prezident İlham Əliyev bu ənənələrinə sadiqliyini nümayiş etdirərək 15 dekabr 2025-ci ildə Amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. Prezident bu təşəbbüsü irəli sürərkən, ilk növbədə, suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi Qələbəsi olduğunu nəzərə alıb. Dövlətimizin başçısı, eyni zamanda, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edib.

Son illərdə qəbul olunan Amnistiya aktından fərqli olaraq bu sənəd ilk dəfə olaraq istintaq və məhkəmədə işi baxılan amnistiya aktının təsiri altına düşən şəxslərə şamil olunucaq. Prezident İlham Əliyevin təklifi sayəsində amnistiya aktı tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacaq.

1995-ci ildən etibarən qəbul edilən 12 amnistiya aktı 130 mindən artıq nəfərə şamil edilib. Prezident İlham Əliyevin təşəbbüsü əsasında 2021-ci ildə 8 Noyabr - Zəfər Günü münasibətilə elan olunan amnistiya aktı 17 mindən artıq şəxsə şamil edilib. Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanıb, həmin dövrdə 7 Amnistiya aktı qəbul edilib. Prezident İlham Əliyev tərəfindən isə 2003-2025-ci illər ərzində 39 əfv sərəncamı imzalanıb, həmin dövrdə 5 amnistiya aktı qəbul edilib. Ümumilikdə 71 əfv fərmanı və sərəncamla 10162 məhkum əfv olunub. Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar isə 7060 nəfərə şamil olunub. Milli Məclisin deputatı olarkən, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2007-ci, 2009-cu, 2013-cü və 2016-cı illərdə Amnistiya aktı qəbul edilib.

Bu Amnistiya aktı Prezident İlham Əliyevin ümumbəşəri humanizm dəyərlərinə sadiqliyini əks etdirən mühüm təşəbbüsdür. Amnistiya aktı bir daha təsdiqlədi ki, Prezident İlham Əliyev insan amilini həmişə yüksək dəyərləndirib. Ümumiyyətlə, humanizm ölkə başçsının həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından birini təşkil edir.

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

Digər xəbərlər