Dünya həqiqətən də ədalətli, hüququn aliliyinə hörmət edən dünya deyil. Əgər az da olsa ədalətli olsa idi, Azərbaycan torpaqlarının işğal dövründə ermənilərin törətdikləri vəhşiliklərə ən azı indiki dinc dövrdə münasibət bildirər, erməniləri ittiham edən bəyanat qəbul edərdilər. Ermən terror toplumu Azərbaycan ərazilərin də dünya əhəmiyyətli abidələri, memarlıq nümunələrini məhv ediblər. Cəbrayılda orta əsrlərə aid 11 və 15 tağlı Xudafərin körpüləri və Tunc dövrünə aid Niftalı kurqanları, Kəlbəcərdə orta əsrlərə aid Gəncəsər və Xudavanq monastırları, Ağdamda XIV əsrə aid Qutlu Musa oğlu türbəsi və Tunc dövrünə aid Üzərliktəpə yaşayış massivi, Xocavənddə Paleolit dövrünə aid Azıx və Tağlar mağarası, Xocalıda Tunc və Dəmir dövrünə aid kurqanlar erməni vəhşiliyinin qurbanı olub. Ermənilərlə əməkdaşlıq edib erməni vəhşi toplumu Füzuli rayonunda Hacı Ələkbər məscidi, Dədəli, Merdinli, Gecəgözlü, Yuxarı Veysəlli kənd məscidləri, Cəbrayıl rayonunda Süleymanlı və Papı kənd məscidləri, Qubadlı rayonunda Məmər və Yusifbəyli kənd məscidləri, Zəngilan rayonunda Zəngilan şəhər məscidi, Malatkeşin və Zəngilan kənd məscidləri, ümumilikdə 67 məsciddən 65-ni tamamilə məhv edib, digər 2-ni isə müxtəlif iyrənc məqsədlər üçün istifadə edib. Qaraağac qəbiristanlığında yerləşmiş yerli əhəmiyyətli memarlıq abidəsi olan Uğurlu bəyin türbəsi də daxil olmaqla XIX əsrə aid 4 türbə tamamilə məhv edilmişdir. Ağdam şəhərində yerləşən Pənahəli xanın və Mehdiqulu xanın türbələri dağıntılara məruz qalmış, işğalçı Ermənistan tərəfindən abidələrə ciddi ziyan dəymişdi. Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər.
Erməni vandalizmi insanlığa ləkədir
Ermənistanın mədəniyyət obyektlərinə, dini-mədəni irsimizə qarşı bu cür vandalizm aktları bir çox beynəlxalq sənədlərə, o cümlədən 1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya"nın, "Arxeoloji irsin qorunması haqqında” Avropa Konvensiyasının, "Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında Konvensiya"nın müddəalarını kobud şəkildə pozmuşdur.
Ağdamın Əbdal və Gülablı kəndlərində “Pənah xan İmarəti” məscidlər kompleksi, Ağdam rayonunda Uğurlu bəy məzarlığı və Qurban Pirimovun evmuzeyi, Xocalıda XIV əsrə aid kurqanlar, Başlıbel və Otaqlı kəndlərində məscidlər tamamilə viran edilib. Vəhşi toplum qəbirstanlıqlara qarşı da vandalizm aktları törətməkdən çəkinməyib. Azərbaycan ərazilərində qəbirlərin üstlərinin açılması və dəyərli əşyaların qarət edilməsi, qəbir daşlarının götürülərək yolların çəkilməsində, özləri üçün tikdikləri həyətlərin döşənməsi hallar həyata keçirilib. Kəlbəcərin Moz, Keşdağ və Yuxarı Ayrım kəndlərində qədim məzarlıqlar, Zəngilanın Qıraq Muşlan, Malatkeşin, Babaylı və İkinci Ağalı kəndlərində məscidlər, Zəngilanın Babaylı və Şərifan, Cahangirbəyli kəndlərində orta əsr məzarlıqları, Qubadlı rayonunda Qayalı və Məmər kəndlərində qədim məzarlıqlar və məscid, Laçının Qarıqışlaq kəndində məscid və Zabux kəndində qədim məzarlıq, Cəbrayılın Çələbilər kəndində məscid kompleksi və Xubyarlı kəndində qədim məzarlıq, Füzuli şəhərində məscidlər və Qoçəhmədli, Mərdmli, Qarğabazar kəndlərində, Xocavəndin məzarlıqları, Ağhullu, Kuropatkina, Düdükçü və Salakatin kəndləri və Xocavəndin Tuğ kəndində qədim məzarlıq, Tərtərin Ümüdlü kəndində qədim hamamlar, Sədərəkin Kərki kəndində məzarlıq dağıdılmış, yandırılmış və talan edilmişdir. Kəlbəcər rayonunda qədim sikkələr, qızıl və gümüş işləmələr, nadir və qiymətsiz daşlar, xalça və digər əl işlərindən ibarət unikal kolleksiyaya malik Tarix Muzeyi, Şuşa muzeyləri, Laçın Tarix Muzeyi, Ağdam Tarix və Qida Muzeyi dağıdılmış, talan edilmiş və sərgi nümunələri digər dövlətlərdə satışa çıxarılmışdır. Şairə Natəvan, bəstəkar Üzeyir Hacıbəyovun və ifaçı Bülbülün tunc heykəlləri Azərbaycan hökumətinin onları 500 min dollar qiymətinə almayacağı təqdirdə, Gürcüstanda metal parçası kimi satılacaqdı. Həmçinin Laçın Tarix Muzeyinin eksponatı olan gümüş əl çantası Londonda Sotheby`s auksionunda 80 min dollara satılmışdır.
Ermənilər abidələrin arxitektur detallarının dəyişdirilməsinə cəhd edib
Azərbaycana məxsus tarixi abidələrin, memarlıq nümunələrinin görünüşünü dəyişmək üçün ermənilərin vəhşi toplumu müxtəlif iyrənc metodlardan istifadə edib. Buna misal olaraq, Laçın şəhərində erməni kilsəsinin tikintisi, uşaq musiqi məktəbi, kitabxana, dərnək və infrastruktur vasitələrin dağıdılması ilə Xocalı hava limanındakı uçuş zolağının genişləndirilməsini göstərmək olar. Digər istifadə olunan təcrübə müxtəlif abidələrin arxitektur detallarının dəyişdirilməsidir, məsələn, Şuşa şəhərində Saatlı məscid və Xanlıq Muxtar karvansaraları, abidələrin Azərbaycan-İslam elementləri və ərəb dilində yazıların erməni xaçı və yazısı ilə əvəzlənməsi buna misaldır. Ermənistan Xocavənd rayonunda Azıx mağarasında 2003-cü ildən və Ağdam şəhərinə yaxın ərazilərdə 2005-ci ilin martından “arxeoloji qazıntılar” həyata keçirib. Qazıntılar vəhşicəsinə, kortəbii formada aparılıb və bu zaman Azərbaycanın tarixi memarlıq nümunələrinin, arxitektura formasının dəyişdirilməsinə uğursuz cəhdlər göstərilib.
Araşdırmalarla sübuta yetirilir ki, erməni vəhşi toplumu tarixi Azərbaycan diyarı olan Qərbi Azərbaycan ərazilərində də xalqımıza məxsus irsi də dağıdıb, yer üzündən silib. 1915-ci ildə Zəngəzur və İrəvan quberniyasının ərazisində 491 məscid fəaliyyət göstərib. İrəvan quberniyasında məscidlərin artma dinamikası 1904-cü ildə 201, 1911-ci ildə 342, 1915-ci ildə 382 şəklində olub. Bu artım dinamikası bölgədə azərbaycanlıların sürətlə artmasından və bu ərazidə müsəlman ruhanilərinin güclü mövqeyindən xəbər verir. Məscidin filialları Zəngəzurun Şəki, Vaqudi, Mərdhuz, Qarraq, Saldaş, Karkyal, Ağbəs, Ağbağ, Hacıəmi, Ballıqaya, Karkas, Çaralı, Xardcmaqlı, Dəstəkərd, Qalacıq, Mollalar, Təzə Kilsə, Nərcan və digər kəndlərində fəaliyyət göstərib. İrəvan şəhərinin özündə XX əsrin əvvəlinə kimi Qədim Şəhər, Çame, Hacı Novruzəlibəy, Hacı İmamverdibəy, Mirzə Səfibəy, Hacı Cəfərbəy məscidləri fəaliyyət göstərib. İrəvanın Camə məscidi kompleksində iri mədrəsə binası da mövcud olub. Bu tarixi abidələrin əksəriyyəti ermənilər tərəfindən vəhşicəsinə məhv edilib, yaxud mənşəyi dəyişdirilib. Qədim tarixi olan Zəngəzur mahalının Qarakilsə rayonunun Urud kəndi ərazisində yerləşən qədim Azərbaycan - türk tarixi-memarlıq abidələri kompleksi olan Uruda daxil olan Urud qalası Urud kəndi yaxınlığında yerləşən tarixi türk qalasıdır. Qala da bədii tərtibatlı məzar daşları, qəbirüstü sənduqələr və qoç heykəlləri olmuşdur. Qəbiristanda 13 sənduqə, 4 qoç heykəlli məzar daş qeydə alınmışdı. Məzarlıq ermənilər tərəfindən dağıdılıb, hazırda Urud qalasının yalnız xarabalıqları qalır. Tarixi Azərbaycan şəhərimiz olan İrəvanda bir dənə də olsun memarlıq nümunəsi, abidə, məscid qalmayıb, hamısını ermənilər dağıdıblar. Azərbaycanın orta əsr şəhərlərindən biri İrəvandakı Dəmirbulaq məscidi yer üzündən silinib, Göy məscid isə orijinal xüsusiyyətlərinin dəyişdiriməsi məqsədilə “yenidən təmir edilib”.
Tarixi yurd yerlərimiz olan Qərbi Azərbaycana da qayıdacağıq
Ermənilər tərəfindən dağıdılmış arxitektur abidələri arasında XVIII əsrin ikinci yarısında Qara Seyid tərəfindən İrəvanda tikilmiş Hacı Novruzəli bəy məscidi və Səfəvi və Qacar dövrünün qiymətli saray arxitektura nümunəsi olan “Sərdar sarayı” və ya “Xan sarayı” saraylar kompleksidir. İrəvanın Sərdar məscidi (bəzən Abbas Mirzə məscidi adlandırılır) də sistemli dağıntıya məruz qalmış və 2014-cü ildə tamamilə məhv edilmişdir. Ermənistanda Cəfərabad (ad Argavand adı ilə dəyişdirilmişdir) kəndində 1413-cü ildə tikilmiş Əmir Saad mavzoleyi də dağıdılmış abidələr sırasındadır. Mavzoleyin Azərbaycana məxsusluğu əlamətinin aradan 8 qaldırılması üçün üzərində ərəb dilində yazılmış “Pir Budaq xanın hakimiyyəti dövründə Əmir Pir Hüseynin əmri ilə tikilmişdir” sözləri silinərək, abidənin adı “Türkmən Əmirləri ailəsinin mavzoleyi” adlandırılmışdır. Həmçinin, Ermənistanda olan qədim və yeni Azərbaycana məxsus qəbirstanlıqlar məhv edilmişdir. İşğal edilmiş ərazilərdə olduğu kimi, Ermənistanda olan Azərbaycanın tarixi yerlərində toponimlər orijinal xarakterinin dəyişdirilməsi məqsədilə dəyişdirilmişdir.
Əminliklə demək olar ki, tarixi yurd yerlərimiz olan Qərbi Azərbaycana qayıdacağıq. Ulularımızın ruhları da bizləri o yerlər çağırır. Qarabağa qayıdış təmin edildiyi kimi İrəvana, Qafana, Basarkeçərə və digər torpaqlarımıza da qayıdıb, əcdadlarımızın niskil ruhlarını şad edəcəyik. Qurucu xalqımız ermənilərin viran etdiyi, dağıtdığı Qərbi Azərbaycandakı yurd yerlərimizi qurub, yaradıb əbədi olaraq o yerlərdə yaşayacağıq. Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündəki nitqində demişdir: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”.
Düşmənə döyüş meydanında vurulan sarsıdıcı zərbə işğaldan azad edilən ərazilərin bərpası ilə davam etdirilir. Təmir, tikinti, bərpa işlərindən sonra insanlar öz doğma yurdlarına qayıdırlar. Qərbi Azərbaycana qayıdış isə uzaqda deyil. Bu bizim məqsədimiz, hədəfimiz və milli siyasətimizdir. Əminəm ki, Fateh Sərkərdə, Prezident İlham Əliyevin müdrik, uzaqgörən fenomen siyasəti ilə hər bir uğura imza atacağıq.
İLHAM ƏLİYEV