Ağ Evin Aparat rəhbərinin müavini Stiven Miller ABŞ-ın Venesueladakı əməliyyatı ilə bağlı bildirib ki, biz beynəlxalq ədəb-ərkan və bütün bunlar haqqında istədiyiniz qədər danışa biləcəyiniz bir dünyada yaşayırıq: "Amma biz güclə idarə olunan real bir dünyada yaşayırıq."Onun fikrincə, güc və qüdrət dünyanın "dəmir" qanunlarıdır.
O, həmçinin Danimarkanın Qrenlandiyanı idarə etmək hüququnu şübhə altına alıb. CNN rəsminin "Qrenlandiya hansı əsasla Danimarka müstəmləkəsidir?" sözlərini sitat gətirib. Miller hesab edir ki, Qrenlandiya ABŞ-ın bir hissəsi olmalıdır ki, bu da Vaşinqtonun Arktika təhlükəsizliyini təmin etməsinə və ABŞ maraqlarını qorumasına kömək edəcək. Jurnalistlər Millerə sual ediblər: "Qrenlandiyanın əhalisi cəmi 30.000 nəfərdir. Hərbi gücə ehtiyac varmı?”. Miller adanı ələ keçirmək üçün hərbi əməliyyatlara ehtiyac olmadığını bildirib.
Xatırladaq ki, bir gün əvvəl sosial mediada dərc olunmuş, Amerika bayrağının rənglərində Qrenlandiyanın xəritəsi və "Tezliklə" başlığı ilə paylaşılan paylaşım Millerin həyat yoldaşına məxsusdur. Bundan sonra Danimarkanın Baş naziri Mette Frederiksen prezident Trampı Qrenlandiyanı ABŞ-a birləşdirməklə hədələməməyə çağırıb.
İlhan