Son illər ərzində ölkəmizdə yeni generasiya güclərin istismara verilməsi strateji əhəmiyyət daşıyan mühüm bir prosesdir. Bu proses həm texniki baxımdan mürəkkəb, həm də böyük məsuliyyət tələb edir. Prezident İlham Əliyevin də vurğuladığı kimi: “Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir.”
Artan enerji tələbatı fonunda Azərbaycan yalnız ənənəvi enerji mənbələri ilə kifayətlənmir, eyni zamanda bərpa olunan enerji sahəsində də ciddi addımlar atır. Dövlət başçısı bu mövqeni açıq şəkildə ifadə edərək bildirib: “Yaşıl enerji bizim gələcəyimizdir.”
Yeni generasiya güclərin istismara verilməsi ekoloji tarazlığın qorunmasına, karbon emissiyalarının azaldılmasına və dayanıqlı inkişafa xidmət edir. Bu layihələr ölkəmizin iqtisadi potensialını gücləndirir, regionların inkişafına və yeni iş yerlərinin yaradılmasına şərait yaradır.
Prezident İlham Əliyevin sözləri ilə desək, “Biz bu layihələri bu gün üçün yox, gələcək nəsillər üçün həyata keçiririk.” Məhz bu yanaşma Azərbaycanın müasir, güclü və enerji baxımından müstəqil dövlət kimi mövqeyini daha da möhkəmləndirir.
Cahandur Məhərrəmov
Yap Şərur rayon təşkilatının məsləhətçisi