PDF Oxu

Siyasət

  • 1 067

Əsas infrastruktur məsələləri öz həllini tapmışdır - ŞƏRH

image

Yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə Azərbaycanın yeni onillik üçün inkişaf xəritəsini cızdı. Bakı və Abşeronun su təchizatı sistemlərinin yenidən qurulmasına dair 2026–2035-ci illər üçün Dövlət Proqramına həsr olunan bu toplantı, əslində, ölkəmizin infrastruktur müstəqilliyinin hesabatı və gələcək ixrac potensialının anonsu kimi qiymətləndirilməlidir.

Dövlət başçısı öz çıxışında mühüm bir reallığı diqqətə çatdırdı: son 20 il ərzində icra edilən regional inkişaf proqramları ölkənin baza infrastruktur problemlərini tamamilə həll edib. Əgər əvvəlki illərdə əsas hədəf mövcud boşluqları doldurmaq və qıtlığı aradan qaldırmaq idisə, bu gün Azərbaycan artıq keyfiyyətcə yeni mərhələyə – təkmilləşdirmə və ixrac mərhələsinə qədəm qoyub.

Müşavirənin əsas diqqət mərkəzində olan su təchizatı və tullantı suları sistemi ilə bağlı yeni Dövlət Proqramı Bakı və ətraf ərazilərin ekoloji taleyini dəyişəcək. Bu proqramın icrası bir neçə kritik istiqaməti əhatə edir.

Yağış suları ilə məişət-tullantı sularının sistemlərinin bir-birindən tamamilə ayrılması şəhər təsərrüfatında inqilabi addım olacaq. Bu, həm subasma hallarının qarşısını alacaq, həm də təmizləyici qurğuların səmərəsini artıracaq. Su itkilərinin qarşısının alınması üçün ən müasir texnologiyalar tətbiq ediləcək ki, bu da su ehtiyatlarından qənaətlə istifadəyə imkan verəcək. Tullantı sularının müasir standartlarla təmizlənməsi Abşeronun ekoloji vəziyyətini yaxşılaşdıracaq və Xəzər dənizinin sahil sularının təmizliyini təmin edəcək.

Prezident İlham Əliyevin bu müşavirədəki mesajları cəmiyyətə və tərəfdaşlarımıza aydın bir siqnal verir: Azərbaycan dövləti xalqın rifahı üçün daxili infrastrukturu ən yüksək səviyyəyə çatdırıb və indi regional lider kimi öz resurslarını dünya bazarlarına çıxarmağa tam hazırdır. 2026-cı ildən start götürəcək yeni Dövlət Proqramı isə bu inkişaf zəncirinin ən mühüm halqalarından biri olacaq.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Digər xəbərlər