PDF Oxu

Siyasət

  • 1 104

Dövlətimizin su təhlükəsizliyi məsələsinə ayırdığı diqqət - ŞƏRH

image

Müasir dövrdə su ehtiyatlarının qorunması və davamlı idarə olunması hər bir dövlət üçün ekoloji təhlükəsizlik məsələsinə çevrilmişdir. İqlim dəyişiklikləri, əhalinin artımı, kənd təsərrüfatı və sənayenin inkişafı fonunda su resurslarına olan tələbatın artması bu sahəyə xüsusi yanaşma tələb edir. Mövcud reallıqları nəzərə alaraq dövlətimiz son illər ərzində su ehtiyatlarının qorunması, səmərəli istifadəsi və idarə olunması istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirir. Keçirilən ardıcıl və sistemli tədbirlər gələcək dövrlər üçün su ehtiyyatlarının qorunub saxlanılması, ən əsası ekoloji tarazlığın qorunması üçün əsas amillərdən biridir. Bu baxımdan ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə mühüm işlər görülmüş və son dərəcə əhəmiyyətli layihələr həyata keçirilmişdir. Bildiyiniz kimi ölkəmizin su ehtiyatları ilə zəngin olması bu ehtiyyatlardan səmərəli istifadə edilməsinə şərait yaradır. Ölkəmizin su ehtiyatının əsas hissəsi Qarabağ və Şərqi Zəngəzur bölgələrinin payına düşür. İşğal dövründə həmin su mənbələrindən istifadə edilməsində məhdudiyyət yaransa da hal-hazırda həmin ərazilərin işğaldan azad edilməsindən sonra aparılan yenidənqurma və bərpa işləri həmin su mənbələrindən istifadə edilməsini reallaşdırmışdır. İstifadəyə yararsız qalan Sərsəng və Suqovuşan su anbarlarının müasir avadanlıqlarla bərpa edilməsi həmin ərazilərdə və ölkə ərazisinin bir çox yerlərində kənd təsərrüfatı və içməli su problemlərini demək olar ki, tam şəkildə aradan qaldırmışdır. İşğaldan azad olunan ərazilərdəki su ehtiyyatlarından istifadənin tam şəkildə təmin edilməsi ölkə iqtisadiyyatının və kənd təsərrüfatının yüksək ölçüdə güclənməsinə şərait yaradır. Bir vaxtlar əkinə yararlı torpaq sahələrinin susuzluqdan əziyyət çəkməsi, kənd təsərrüfatının inkişafının zəifləməsi məhz son dövrlərdə yaradılan yeni imkanlar nəticəsində daha da inkişaf edəcəkdir. Ölkə ərazisində tikilməsi planlaşdırılan yeni su anbarları, şirin su mənbələrindən istifadəni daha da asanlaşdırmaq üçün qazılan su barteziyan quyuları ətraf ərazilər, həmçinin Şimal bölgələrimiz və Abşeron yarımadasının su təminatını gücləndirmək üçün genişləndirilən Oğuz-Qəbələ-Bakı su boru kəməri, Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üçün yaradılan yeni layihələrdə ölkədəki su təminatına yüksək səviyyədə öz töhfələrini verəcəkdir.

Bu layihələr həm su təhlükəsizliyi təminatı həm də elektrik enerjisi istehsalı üçün mühüm əhəmiyyət kəsb edir. Bununla bağlı Yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə bu məsələlər və görüləcək işlər ətraflı müzakirə olunmuşdur. Ölkə başçısı cənab İlham Əliyevin qeyd etdiyi mühüm nüanslar son 20 ildə ölkəmizdə bu istiqamətdə görülən işləri açıq şəkildə ifadə edir.

David Həsənov

Digər xəbərlər