PDF Oxu

Siyasət

  • 573

20 Yanvar hadisələrindən illər keçsə də, xalqımızın yaddaşına əbədi həkk olunub

image

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən hadisələri faciə adlandırmaq yox, Azərbaycanın istiqlalının zirvəsi ,azadlıq istəyinin oyanışı hesab etmək olar. Bu uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaldığı öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli ibir tarixdir.

Silahsız, dinc əhaliyə qarşı keçirilən qanlı əməliyyat SSRİ Müdafiə Nazirliyi ,Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qrupları tərəfindən təşkil olunmuş,xüsusi təlim keçmiş hərbiçilər Bakı şəhərinə 3 istiqamətdə daxil olaraq görünməmiş vəhşilik törətmişlər.Hadisə zamanı 147 nəfər Azərbaycan vətəndaşəı həlak oldu 744 nəfər yaralandı və xəsarət aldı 841 nəfər qanunsuz həbs edildi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya hücumundan 8 saat əvvəl sovet qoşun birləşmələrinin və erməni silahlı dəstələrinin Naxçıvan Muxtar Respublikasına hücumu qan tökülməsi və Kərki kəndinin işğal edilməsi ilə nəticələnmiş, Azərbaycanı Naxçıvanla bağlayan dəmiryol xətləri və avtomobil yolları kəsilərək Naxçıvan blokadaya alınmışdır.

1990-cı ilin 20 yanvar qanlı terror hadisəsinə ilk dəfə etirazını bildirən Ümummilli Lider Heydər Əliyev olmuşdur. Ulu Öndər 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayındəliyinə gələrək mətbuat konfransı keçirmiş ,törədilmiş cinayəti pisləmiş dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsini hüquqa və insanlığa zidd hərəkət kimi ittiham etmişdir. Heydər Əliyev törədilən qanlı faciənin təşkilatçılarını cinayətkar adlandırmış və günahkarların məsuliyyətə cəlb edilməsini qətiyyətlə tələb etmişdir. Ulu öndər ağır günlərdə xalqının yanında olduğunu bir daha sübut etmişdir. Azərbaycan xalqının böyük oğlunun mətbuat konfransındakı bəyanatı bütün dünyada geniş əks-səda doğurmuşdur.

Azərbaycan xalqının ən çətin günlərində görkəmli dövlət xadimi Heydər Əliyevin Vətənə qayıdışı, onun öz xalqına olan sevgisi ,xalqında Ümummilli Liderimizə inamı məkrli qüvvələrin arzularını puç etdi.

Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 21 noyabr 1990-cı il tarixli sessiyasında “1990-cı ilin yanmvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar qəbul edildi.Bu tarixi sənəddə 20 yanvar gününün hər il Naxçıvan Muxtar Respublikasında” Milli Matəm Günü “kimi qeyd olunması öz əksini tapmışdı.

1992-ci il yanvarın 13-də daha bir tarixi addım atılaraq 1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyətinin bəyanatı qəbul olunmuşdur.

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra 20Yanvar hadisələrininə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmiş, 1994-cü il yanvarın 5-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı Fərmanla Milli Məclisə hadisəyə tam siyasi-hüquqı qiymət verilməsi tövsiyyə olunmuşdur.

1994-cü ilin fevralında Milli Məclisin xüsusi sessiyasında Azərbaycana qoşun yeridilməsinin xalqımıza qarşı hərbi təcavüz və cinayət kimi qiymətləndirilməsi təqsirkarların cəzalandırılması məhz Ümummilli Liderimizin təşəbbüsü ilə baş vermişdir.

“Azərbaycan Respublikasının” Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqətdə saxlayır. Dövlətimizin iqtisadi siyasi və hərbi qüdrətinin daima artması xalqımızın haqq səsinin beynəlxalq tribunalarda səsləndirilməsi bir daha faciələrlə, soyqırımlarla sınağa çəkilməyəcəyinə təminat verir.

Respublika, Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabrın 27-dən etibarən 44 gün davam edən Vətən mübarizəsində Müzəffər Ordumuz torpaqlarımızı işğaldan azad etdi, şəhidlərimizin qisası alındı Azərbaycan misilsiz tarixi qələbə qazandı.

Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 dekabr tarixli sərəncamında qeyd olundiuğu kimi Haqq və Şərəf işimiz olan Azərbaycan Respulikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız ,bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirmişdir.

Vətən müharibəsində birlik həmrəyliyi nümayiş etdirənlər 1990-cı ilin 20 Yanvarında şəhidlik zirvəsini fəth edənlərin ardıcılları idi. Müzəffər Azərbaycan Ordusunun 2020-ci ilin 27 Sentyabrında başlayan 44 günlük Zəfərimiz tarixə yazıldı.Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qarabağın tacı olan Şuşanın işğalçılarından azad edilməsi xəbərinidə məhz şəhidlər xiyabanından xalqımıza müjdə verməsi təsadüfü deyildi.Xalqımızın zülmə qarşı barışmaz olduğunu, 20 Yanvarda sübut etdiyi kimi, illər sonra Vətən müharibəsində düşmənə Dəmir yumruqla cavab verdi.

Rizvan Məmmədov

YAP Şahbuz rayon təşkilatının sədri

Digər xəbərlər