20 Yanvar 1990-cı il hadisələri Azərbaycan tarixində həm faciəvi, həm də milli şüurun formalaşmasında mühüm əhəmiyyət kəsb edən bir səhifədir. Bu hadisə xalqın azadlıq, suverenlik və dövlətçilik ideallarını qorumaq uğrunda apardığı mübarizənin qanlı, lakin şərəfli nəticələrindən biridir. Hadisənin siyasi, hüquqi və sosial aspektləri Azərbaycan dövlətinin müstəqillik siyasətinin formalaşmasında önəmli rol oynamışdır.
1990-cı ilin əvvəllərində Azərbaycan SSR-də milli hərəkat güclənmiş, xalq öz hüquq və azadlıqlarını tələb etməyə başlamışdır. Sovet rəhbərliyinin bu prosesə qarşı tətbiq etdiyi repressiv tədbirlər nəticəsində yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və bir sıra bölgələrə sovet ordusu yeridilmişdir. Tank və ağır texnikadan istifadə edilərək dinc əhaliyə qarşı atəş açılmış, nəticədə yüzlərlə insan şəhid olmuş, minlərlə vətəndaş yaralanmış və itkin düşmüşdür.
Ulu Öndər Heydər Əliyev hadisəni qiymətləndirərkən qeyd etmişdir. “20 Yanvar faciəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir.” Bu fikir hadisənin yalnız faciə olmadığını, eyni zamanda xalqın milli iradəsinin və qəhrəmanlığının simvolu olduğunu göstərir.
Uzun illər bu hadisəyə rəsmi qiymət verilməmişdir. 1994-cü il martın 29-da Azərbaycan Respublikasının Milli Məclisi “1990-cı il 20 Yanvar hadisələri haqqında” qərar qəbul etmişdir. Qərarda bildirilir ki, hadisələr sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi hərbi təcavüz və cinayət hesab olunur. Bu, Azərbaycan dövlətinin hadisələrə ilk rəsmi siyasi-hüquqi qiyməti olmuşdur.
Ulu Öndər Heydər Əliyev bu mövqeyi vurğulayıb demişdir: “20 Yanvar hadisələri Azərbaycanın müstəqillik yolunda dönüş nöqtəsi olmuşdur.” 20 Yanvar günü ümumxalq matəm günü elan edilmiş və hər il dövlət səviyyəsində anım mərasimləri keçirilir. Bundan əlavə, şəhid ailələri və yaralılara dövlət qayğısı təmin olunmuşdur: sosial müavinətlər, mənzil və tibbi təminat sahəsində güzəştlər verilir. Bu tədbirlər dövlətin şəhidlərə və onların ailələrinə olan hörmətini və məsuliyyətini nümayiş etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin qorunması və anım tədbirlərinin daha da genişləndirilməsi üçün ardıcıl siyasət həyata keçirir. Şəhidlər Xiyabanı ətrafında abadlıq işləri aparılmış, yeni abidələr və memorial komplekslər ucaldılmışdır.Hər il 20 Yanvar günü dövlət səviyyəsində anım mərasimləri keçirilir, ölkə Prezidenti şəhidlərin ailələri ilə görüşlər təşkil edir, dövlət tərəfindən şəhid ailələrinə sosial dəstək və mənzil proqramları davam etdirilir, qazilər və ailələrinə tibbi təminat göstərilir.
Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulamışdır ki, 20 Yanvar xalqımızın milli şüurunun, dövlətçilik iradəsinin və azadlıq mübarizəsinin simvoludur. Bu tədbirlər və təşəbbüslər 20 Yanvar faciəsinin unudulmamasını təmin edir və gələcək nəsillərə milli vətənpərvərlik dərsi verir.
20 Yanvar faciəsi yalnız bir qanlı hadisə kimi deyil, həm də Azərbaycan xalqının milli birliyinin, dövlətçilik iradəsinin və suverenlik arzusunun ifadəsi kimi qiymətləndirilir. Hadisə xalqın iradəsini sındıra bilməmiş, əksinə, müstəqillik hərəkatını gücləndirmişdir. Bu hadisələr Azərbaycan dövlətçiliyinin inkişafında və müstəqillik ideyasının reallaşmasında mühüm mərhələ hesab olunur.
20 Yanvar 1990-cı il faciəsi Azərbaycan tarixində həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi əbədi olaraq qalacaqdır. Ulu Öndər Heydər Əliyevin sözləri ilə ifadə etsək: “20 Yanvar faciəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir.” Prezident İlham Əliyev də dəfələrlə vurğulamışdır ki, bu faciə xalqımızın milli şüurunun və dövlətçilik iradəsinin formalaşmasında dönüş nöqtəsi olmuşdur. 20 Yanvar həm tarixi, həm də milli qürur günüdür və gələcək nəsillər üçün əbədi vətənpərvərlik nümunəsi təşkil edir.
Tural Sadıxov
Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının əməkdaşı