PDF Oxu

Siyasət

  • 396

ABŞ- Avropa qarşıdurması dərinləşir FOTO

image

Avropada ciddi problemlər yaranıb. ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı tələb etməsindən sonra Avropa ciddi təlatümlə üzləşib. Köhnə qitə simvolik olaraq adaya ordu göndərsə də, bu, Trampı mövqeyindən çəkindirməyib. Bu azmış kimi D.Tramp Avropa ölkələrini yüksək tariflər və digər sanksiyalarla əzəcəyi ilə hədələyir.

Bu arada, ABŞ Konqresində adanın ilhaqını və 51-ci ştat kimi qəbul edilməsini tələb edən qətnamə artıq təqdim edilib. Danimarka xarici işlər naziri Lars Lökke Rasmussen bunu ölkəsinə qarşı təhdid kimi qiymətləndirib: “Ümid edirəm ki, bu baş verməz. Bu, NATO-nun sonu olacaq”.

Polşanın baş naziri Tusk daha da irəli gedərək bunu bir fəlakət, bildiyimiz dünyanın sonu adlandırıb. Fransa ABŞ ilə iqtisadi əlaqələrini kəsməklə hədələyib. Almaniya avropalıların artıq Trampın təxribatlarına dözməyəcəyini bildirib. Niderlandın Xarici İşlər Nazirliyi hətta Vaşinqtona "dişlərini göstərəcəyinə" söz verib: “Bu, yalnız bir şeyi sübut edir: 1949-cu ildə təsis edildiyi gündən bəri NATO ilə fəxr edən transatlantik tərəfdaşlıq birdən-birə dağılmağa və hətta məhv olmağa başlayıb. Bu, elmi fantastika kimi səslənir, amma faktlar bunlar reallıqdır”.

İlham

Digər xəbərlər