PDF Oxu

Siyasət

  • 608

“44 gün-Tarixi zəfər” FOTOLAR

image

Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası “Xatirə Kitabı” redaksiyası ilə birgə "44 gün-Tarixi zəfər" adlı çoxcildlik kitabının IV cildinin təqdimat mərasimi baş tutub.

Təqdimat mərasimində YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, məşhur “91-lər”dən biri Vüqar Rəhimzadə, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ceyhun Məmmədov, Respublika “Xatirə Kitabı” Redaksiyasının baş redaktoru, “Mətbuat pr.529-cu məhəllə” (Respublika Xatirə Kitabı) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Nəzakət Məmmədova, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcid, Xalq qəzetinin baş redaktoru Əflatun Amaşov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının sədri Cəlil Xəlilov, Yasamal Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir İsmiyev, YAP Yasamal rayon təşkilatının, Yasamal rayon İcra Hakimiyyətinin və Respublika “Xatirə Kitabı” Redaksiyasının əməkdaşları, şəhid ailə üzvləri və ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri, media nümayəndələri və fəal gənclər iştirak edib.

YAP Yasamal rayon təşkilatında baş tutuan təqdimat mərasiminin rəsmi hissəsindən öncə Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət edilib, ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb. Sonra YAP Yasamal rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib. SonraYAP Yasamal rayon təşkilatının inzibati binasında təşkil olunmuş Respublika “Xatirə Kitabı” redaksiyasının kitablarından ibarət sərgiyə baxış keçirilib.Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Respublika Xatirə Kitabı redaksiyasının 30 illiyinə həsr olunmuş videoçarxın təqdim edilib.Çıxış endən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu güclü dövlətçilik və ordu quruculuğu siyasəti 44 günlük Vətən müharibəsində tarixi Zəfərin təməlini yaratdı. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli və uzaqgörən rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza atdı. Bu Qələbə dövlətimizin siyasi iradəsinin, ordumuzun peşəkarlığının və xalq-ordu birliyinin parlaq təzahürü oldu. Tarixi ədalət bərpa olundu, torpaqlarımız azad edildi. Bu Zəfər müasir Azərbaycan tarixinin ən şanlı səhifəsidir. 2023-cü ilin sentyabrın ayının 19-20-də həyata keçirilən anti terror tədbirləri nəticəsində isə ölkəmizin suverenliyi tam təmin olundu. Qazanılan uğurlar minlərlə şəhidimizin qanı, qazilərimizin fədakarlığı hesabına mümkün oldu. Prezident İlham Əliyevin illərlə apardığı ardıcıl və prinsipial siyasət bu qələbənin əsasını təşkil etdi. Güclü ordu quruculuğu və milli maraqlara söykənən strategiya Zəfəri labüd etdi. Azərbaycan xalqı qalib xalq kimi tarix səhnəsində öz yerini daha da möhkəmləndirdi. Bu gün bu qəhrəmanlıq yolunun unudulmaması milli vəzifəyə çevrilib. Respublika “Xatirə Kitabı” redaksiyasının “44 gün – Tarixi zəfər” adlı çoxcildlik nəşrləri bu ali missiyaya xidmət edir. Layihənin əvvəlki cildlərində əvvəlki müharibələrdə şəhid olmuş qəhrəmanlarımızın haqqında məlumatlar ensiklopedik şəkildə ümumiləşdirilib. IV cild isə bu salnamənin xüsusi mənəvi yük daşıyan hissəsidir. Burada xüsusilə 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın həyat və döyüş yolu əks etdirilir. Bu nəşr Zəfərin əbədiliyini təmin edən mənəvi abidədir. O, gələcək nəsillərə qürur mənbəyi kimi ötürülür.

Çıxış edən Respublika “Xatirə Kitabı” Redaksiyasının baş redaktoru, “Mətbuat pr.529-cu məhəllə” (Respublika Xatirə Kitabı) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Nəzakət Məmmədova qeyd edib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan 44 günlük Zəfər Azərbaycan dövlətinin gücünü dünyaya nümayiş etdirdi. Bu Qələbə milli iradənin və tarixi haqqın təntənəsi oldu. “44 gün – Tarixi zəfər” çoxcildlik nəşri həmin tarixi hadisələrin, igid qəhrəmanlarımızın, şəhidlərimizin yaddaşda yaşadılması məqsədi daşıyır. Bu cildlər vahid tarixi konsepsiya yaradır. Onlar Zəfərin siyasi və mənəvi mahiyyətini açır. Bildirilib ki, Respublika Xatirə Kitabı tarixi sənəd, tarixlə cəmiyyət arasındakı həqiqətləri, müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik salnamədir. Bu missiyanı öz üzərinə götürərək Xatirə Kitabı Redaksiyası İkinci Dünya müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli qəhrəmanlarımız, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş şəxslər haqqında da əhatəli materiallar toplayaraq ayrı-ayrı kitablar dərc edib.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, məşhur “91-lər”dən biri Vüqar Rəhimzadə, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcid, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ceyhun Məmmədov, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının sədri Cəlil Xəlilov, Xalq qəzetinin baş redaktoru Əflatun Amaşov, 44 günlük Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Nurlan Mustafayevin anası, “H. Cavid pr. 33a” (“Bakı Metropoliteni” QSC) ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini Rahilə Ramazanova və Yasamal Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir İsmiyev çıxışlarında bildiriblər ki, Azərbaycanın tarixi Zəfəri Ali Baş Komandan cənab İlham Əliyevin siyasi və hərbi liderliyi ilə qazanıldı. 44 günlük müharibə xalqımızın gücünü və birliyini bütün dünyaya göstərdi. Bu Qələbə dövlətçilik tariximizdə yeni mərhələ açdı. Milli ruh və yüksək vətənpərvərlik Zəfərin əsas dayağı oldu. Bu böyük Qələbənin salnaməsi “44 gün – Tarixi zəfər” çoxcildlik kitabında toplanıb. Əvvəlki cildlərdə müxtəlif dövrlərdə igid qəhrəmanlarımızın iştirak etdiyi müharibələrdə, oradakı şəhidlərimiz haqqında dəyərli ensiklopedik məlumatlar öz əksini tapıb. Bu cildlər hadisələrin ardıcıllığını və miqyasını göstərir. Hər bir şəhidin həyat yolu ehtiramla təqdim olunur.

Çıxışlardan sonra 44 gün-Tarixi zəfər” adlı çoxcildlik kitabının IV cildi tədbir iştirakçılarına təqdim edilib.

SondaYeni Azərbaycan Partiyasının Himni səsləndirilib, xatirə şəkli çəkdirilib.

Digər xəbərlər