PDF Oxu

Siyasət

  • 1 223

"Prezidentin Davosda keçdirdiyi görüşlər regionun inkişafına yönəldi" - ŞƏRH

image

"İllik əsasda keçirilən Davos İqtisadi Forumu bu dəfə proqramını beş əsas qlobal çağırış üzərində qurdu. Mübahisəli dünyada əməkdaşlıq, yeni inkişaf mənbələrinin açılması, insanlara sərmayə qoyuluşu, innovasiyaların məsuliyyətlə tətbiq edilməsi və planetar sərhədlər daxilində rifahın qurulması üzərində ciddi müzakirələr getdi". Bu sözləri SİA-ya açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.Onun sözlərinə görə, bu çağırışlar daha da aktuallaşan dövlət-özəl dialoquna və əməkdaşlığına istiqamət verməyi hədəflədi və bütün maraqlı tərəfləri problemlərin həllinə fokusladı: "Bu gün cəmiyyətlər daxilində parçalanma artır, mürəkkəblik sürətlənir, texnoloji dəyişikliklər qarşısıalınmaz bir mərhələyə qədəm qoyur. Təhlükəsizlik və suverenliklə bağlı uzun müddətdir ki, ciddi narahatlıqlar yaranır, eyni zamanda yaranan yeni fərziyyələrə etiraz edilir. Resurslar uğrunda ciddi mübarizə gedir. Süni intellekt məhsuldarlığa fundamental təsir edir. Bu sahə qlobal iqtisadiyyata trilyonlarla dollar dəyər qazandıra bilər. Lakin süni intellektin tələskənliyinin investisiyaya neqativ təsir edəcəyi ilə bağlı xəbərdarlıqlar da var. Dünyada işçi qüvvəsinin dayanıqlılığı artırılmalıdır. Bu məsələ həyati əhəmiyyət kəsb edir. Yeni ixtisaslar yaradılmalı, həmin bu ixtisasların sayı artırılmalı, iş yerləri açılmalı və işçi qüvvəsinin hazırlığı təkmilləşdirilməlidir. 2030-cü ilə qədər hər dörd işdən birinin dəyişəcəyi və mövcud bacarıqların 39 faizinin köhnələcəyi ilə bağlı 2025-ci il üzrə İşlərin Gələcəyi Hesabatı statistika təqdim etdi. Təbii ki, bu da demoqrafik dəyişikliklərə, yaşıl keçidə təsir edəcək.Dövlət-özəl əməkdaşlığı gələcəyin işlərinə hazır olan, müasir və daha möhkəm cəmiyyətin qurulmasına kömək edə bilər. Azərbaycan Prezidenti cənab İlham Əliyev dünyanın nəbzini tutmağı bacarır və bütün bu amilləri nəzərə alaraq siyasət yürüdür. Bu baxımdan cənab Prezidentin Davosda istər müxtəlif dövlətlərin başçıları, istərsə də böyük şirkətlərin rəhbərləri ilə görüşləri zamanı apardığı müzakirələr, gəlinən nəticə ondan xəbər verir ki, Azərbaycanın siyasi və iqtisadi baxımından gücləndirilməsi xətti hələ də davam edir. Cənab Prezident investorları regiona investisiya qoymağa çağırdı. Dövlət başçımızın Davosda keçdirdiyi görüşlər bütövlükdə regionun inkişafına yönəldi.Planet sərhədləri daxilində rifahı qorumaq bu gün son dərəcə çətin bir məsələdir. Çünki ətraf mühitin mühafizəsi iqtisadi artımın sürətləndirilməsi ilə paralel addımlayan və çətin olan tapşırıqdır. Bunu təmin etmək asan deyil.

Qabaqlayıcı, bərpaedici və inkluziv yanaşmalara sərmayə qoymaqla resursları tükətmədən, habelə insanları qeridə qoymadan uzunmüddətli rifah yaradan iqtisadiyyatlar yaradılmalıdır. Dövlət-özəl əməkdaşlığı əsasdır. Lakin liderlər tərəqqi sürətini saxlamaq üçün çevik, bir o qədər təmkinli və praqmatik siyasət həyata keçirməlidirlər. Azərbaycan Prezidenti bütün bu amilləri nəzərə alaraq siyasət yürüdür".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər