“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının və “Kürdəmir Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “2 Fevral - Azərbaycan Gəncləri Günü” ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov,“Kürdəmir Gənclər evi”sosial xidmət müəssisəsinin direktoru Nicat Ağarəhimov, rayon təşkilatı aparatının və Gənclər evinin əməkdaşları, idarə, müəssisə və təşkilatların gənc fəal əməkdaşları, qazi, müharibə iştirakçısı partiya fəalları iştirak ediblər.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğurunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Sonra “2 Fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş videoçarx” nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov bildirib ki, bu gün gənclərimizə böyük etimad, diqqət və qayğının göstərilməsi Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan siyasətin davamıdır. Ümummilli Lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir. Həmin gənclər bu gün ölkəmizdə müxtəlif sahələrdə savadlı və təcrübəli mütəxəssis kimi dövlətimizə böyük fayda verməkdədirlər. 1993- cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışından sonra gənc nəslə olan diqqət dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır.1997-ci il fevralın 2-də Azərbaycanda “Gənclər Günü”nün elan oluması ilə bağlı Fərman bu sahədə atılan növbəti addım oldu. 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilməyə başlanıldı.Ayaz Cəbrayılovvurğulayıb ki, Yeni Azərbaycan Partiyası da öz fəaliyyətində gənclərin potensialından səmərəli istifadə olunmasına xüsusi diqqət yetirir - böyük önəm verir, gəncliyin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirir. 30 il Ermənistanın işğalı altında qalan torpaqlarımızın azad edilməsi üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyən gənclərimiz 44 günlük İkinci Qarabağ müharibəsində ermənilərə heç vaxt unutmayacaqları məğlubiyyət dərsini verdilər.
“Kürdəmir Gənclər evi”sosial xidmət müəssisəsinin direktoru Nicat Ağarəhimov çıxış edərək bildirib ki, Prezident İlham Əliyev gənclər siyasətini təkmilləşdirdi, onların ictimai-siyasi həyatdakı rolunun artmasına, kreativ gəncliyin formalaşmasına şərait yaratdı və gənclərin sevimlisinə çevrildi. Ölkəmizdə 2007-ci ilin “Gənclər ili” elan olunması Prezident İlham Əliyev tərəfindən gənclərə verilən ən böyük dəyər oldu. Bununla yanaşı, gənclərlə bağlı dövlət proqramlarının uğurla icra olunması, Bakı və bölgələrdə “Gənclər evi”nin ərsəyə gətirilməsi onların vətənpərvər ruhda formalaşdırılmasına təkan verdi. Gənclər üçün Prezident mükafatının təsis edilməsi, gənc kadrların irəli çəkilməsi məqsədi ilə yaradılmış “Yüksəliş” müsabiqəsi qürur mənbəyimiz olan gənclərin hərtərəfli inkişafına mühum töhfələr verdi. Məhz bütün bünların davamı olaraq Azərbaycan dünyaya intellektli, bacarıqlı, savadlı və ən nəhayət, vətənpərvərliyi örnək olan bir gənclik təqdim etdi. Biz müasir Azərbaycan gəncliyinin səsini bilik, siyasət meydanında eşitdik, qələbələrini idman saraylarında gördük. Vətənimizə düşmən münasibət göstərənlərin qarşısında məğrur dayanan gənclərimizin qəhrəmanlığına şahidlik etdik və qürurlandıq.
Sonda rayon təşkilatının sədri Ayaz Cəbrayılov və “Kürdəmir Gənclər evi”sosial xidmət müəssisəsinin direktoru Nicat Ağarəhimovrayon təşkilatının ictimai-siyasi həyatında fərqləndiklərinə görə bir qrup gənclərə Fəxri Fərmanlar təqdim etdilər. Daha sonra çay süfrəsi arxasında gənclərlə səmimi söhbət aparılmışdır.