PDF Oxu

Siyasət

  • 765

Güclü Azərbaycan dövlətinin güclü gəncliyi - ŞƏRH

image

2 Fevral tarixi Azərbaycan tarixində sadəcə bir təqvim günü olaraq deyil, həmdə milli gələcəyimizin əsas dayağı olan gəncliyin gücünün, potensialının və dövlətə bağlılığının təcəssümüdür.Məhz bu tarixdə qeyd olunan Azərbaycan Gəncləri Günü ölkəmizdə gənclərə verilən yüksək dəyərin, onlara göstərilən dövlət qayğısının bariz nümunəsidir. Bu gün Azərbaycan gəncliyimiz müstəqil dövlətimizin ideoloji, intellektual və mənəvi dayağı kimi formalaşmış güclü sosial təbəqə və güclü gənclik cəmiyyətidir.

Azərbaycan Respublikası gənclər siyasətinin formalaşdırılması və ardıcıl şəkildə həyata keçirilməsi baxımından bir çox ölkələri, o cümlədən beynəlxalq ictimaiyyəti qabaqlamaqdadır. Gənclərimizin təhsili, məşğulluğu, sosial müdafiəsi, istedadlarının üzə çıxarılması və dövlətimizin idarəçiliyində iştirakı prioritet istiqamətlər kimi müəyyən olunmuşdur.Hökümətimizin siyasət təsadüfi deyil, düşünülmüş və strateji dövlət xəttinin nəticəsidir.

Ulu Öndərimiz Heydər Əliyevin başlıca siyasətlərindən biridə gənclər siyasətinin təməli idi. Azərbaycan gənclər siyasətinin əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndərimiz gəncləri ölkəmizin gələcəyi, dövlət müstəqilliyimizin qoruyucusu və inkişafımızın əsas aparıcı qüvvəsi kimi qiymətləndirirdi.Onun uzaqgörən siyasi iradəsi ilə gənclər məsələsi hər zaman dövlət siyasəti prioritet istiqaməti olmuşdur.

Məhz bu uzaqgörən siyasətin nəticəsi olaraq 1994-cü il 26 iyul tarixində Ulu Öndərimiz Heydər Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır.Bu addım gənclərlə bağlı dövlətimizin siyasətinin institusional əsaslarının formalaşdırılmasında mühüm mərhələ olmuş və müxtəlif dövlət orqanlarının bu sahədəki fəaliyyətinin əlaqələndirilməsinə şərait yaratmışdır.

Ulu Öndərimizin uğurlu təcrübəsinin inkişaf etdirilməsi ənənəsi günümüzədək davam etməkdədir. Ulu Öndərimiz tərəfindən əsası qoyulan gənclər siyasəti bu gün də uğurla davam etdirilir və müasir çağırışlara uyğun şəkildə inkişaf etdirilir. Dövlətimizin gənclərə olan etimadı, onların ideyalarına verilən dəyər, sosial və ictimai fəallığının dəstəklənməsi artıq bir ənənəyə çevrilib.Azərbaycan gənclərinin respublika və beynəlxalq forumları gənclərin səsinin eşidilməsi, dövlətlə gənclər arasında açıq dialoqun qurulması baxımından mühüm rol oynayır. Bu forumlar gənclərin ictimai-siyasi proseslərdə fəal iştirakını təmin edir, onların təşəbbüslərinin reallaşmasına geniş imkanlar yaradır.

Dövlətimizin və cəmiyyətimizin inkişafında Azərbaycan gəncliyi mühüm rol oynayır.Bu gün Azərbaycan gəncliyi yalnız ölkə daxilində deyil, beynəlxalq arenada da dövlətimizi layiqincə təmsil edir. Elm, təhsil, idman, mədəniyyət, diplomatiya və hərbi sahələrdə əldə olunan uğurlar gənclərimizin dövlətə sədaqətinin və yüksək vətənpərvərlik ruhunun göstəricisidir.Buna misal olaraq gənclərimizin 30 illik qurulmuş hərbi maneləri və istehkamları sadəcə 44 gündə tamamilə məhv etdiklərini göstərə bilərik. İstedadlı gənclərimizə dövlətimizin qayğısı daima göstərilir. İstedadlı gənclərimizin üzə çıxarılması və dəstəklənməsi dövlətimizin siyasətinin mühüm tərkib hissəsidir.Dövlətimizin gənclərə olan inamının rəsmi ifadəsidir. Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə formalaşdırılan mühüm qanunverici baza gənclər siyasətinin mahiyyətini aydın şəkildə əks etdirir. Qəbul olunan qanunlar gənclərin hüquqlarının qorunmasına, sosial rifahının təmin edilməsinə və onların dövlət quruculuğunda rolunun artırılmasına xidmət edir.

Azərbaycan gəncliyinin əsas fərqləndirici cəhəti yüksək vətənpərvərlik ruhudur. Bu ruh xüsusilə Vətən müharibəsində özünü açıq şəkildə göstərdi. Gənclərimiz, Ali Baş Komandanımız Cənab Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək dövlətə və xalqa sədaqətin ən ali nümunəsini nümayiş etdirdilər.Son olaraq 2 Fevral – Azərbaycan Gəncləri Günü bir daha sübut edir ki, güclü Azərbaycan dövlətinin güclü, savadlı, vətənpərvər və dövlətinə bağlı gənclik üzərində qurulub. Bu gün gənclərə göstərilən diqqət sabahın güclü, müstəqil və qalib Azərbaycanının təminatıdır. Dövlət və gənclik birliyi isə milli inkişafımızın ən etibarlı yoludur.Və bu etibarlı inkişafımızı davam etdirmək üçün Azərbaycan Gəncləri olaraq Cənab Prezidentimizin ətrafında dəmir yumruq kimi birləşməli və onun siyasətini dəstəkləməliyik!

Elgün Rüstəmli

YAP Yasamal Rayon Təşkilatının gənc fəalı

Digər xəbərlər