ABŞ prezidenti Donald Tramp ölkədə hazırda qüvvədə olan mərkəzləşdirilməmiş səsvermə sistemindən imtina etməyə çağırıb. “The Wall Street Journal” qəzetinin məlumatına görə, bu açıqlama Oval Ofisdə federal hökumətin yenidən açılması ilə bağlı qanun layihəsinin imzalanma mərasimi zamanı verilib.
Xüsusilə, Tramp Respublikaçılar Partiyasının üzvlərini ABŞ-da səsverməni “milliləşdirməyə” çağırıb. “Seçkilərin ədalətli olmasını istəyirəm və əgər bir ştat seçki keçirə bilmirsə, düşünürəm ki, mənim arxamda duran insanlar bu barədə bir şey etməlidirlər”, - deyə prezident əlavə edib. O, səslərin ştat hakimiyyəti orqanları tərəfindən deyil, federal agentlər tərəfindən sayılmalı olduğuna inanır.
WSJ-yə müsahibə verən siyasətçilər prezidentin təkliflərini tənqid ediblər. Senatın Demokratlar Lideri Çak Şumer, xüsusən də, təşəbbüsü “hədsiz dərəcədə qanunsuz” adlandırıb. Senatın Əksəriyyət Lideri, respublikaçı Con Tyun jurnalistlərə seçkilərin federallaşdırılmasına qarşı olduğunu və “bu, konstitusiya məsələsidir” deyə bildirib.
Ilham