Yeni Azərbaycan Partiyasının (YAP) Tərtər rayon ərazi təşkilatlarında hesabat yığıncaqları davam edir. Növbəti hesabatlar Səhləbad və Sarıcalı ərazi partiya təşkilatlarında keçirilib. Hesabat yığıncaqları öz işini müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
İclasın gündəliyində 2 məsələ - 2025-ci ilin yekunları və 2026-cı ilin Tədbirlər Planının təsdiqi olmuşdur.Ərazi partiya təşkilat sədrləri hesabat məruzəsi ilə çıxış ediblər. Qeyd olunub ki, geridə qalan dövrdə həyata keçirilən layihələr, üzvlərin ictimai proseslərdəki aktivliyi və ideoloji işin keyfiyyəti yüksək dinamika ilə seçilib. Müzakirələrdə çıxış edən partiya fəalları görülən işləri dərindən təhlil edərək, təşkilatın fəaliyyətini yekdilliklə qənaətbəxş hesab ediblər.
Yığıncaqlarda YAP-ın ölkənin siyasi taleyindəki liderlik rolu xüsusi vurğulanıb. Çıxışçılar bildiriblər ki, Yeni Azərbaycan Partiyası öz real əməlləri ilə dövlətimizi daha böyük zirvələrə və parlaq sabahlara daşımağa qadir olan yeganə siyasi qüvvədir.
Hesabat yığıncaqlarında iştirak edən YAP Tərtər rayon təşkilatının məsləhətçiləri – Gündüz Alıkişiyev və Əli Paşayev Heydər Əliyevin partiya quruculuğu sahəsindəki tarixi xidmətlərindən bəhs ediblər. Vurğulandı ki, Heydər Əliyevin ideyaları YAP-ın hər bir addımında yaşayır. Hazırda bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən böyük əzmlə davam etdirilməsi ölkəmizin dayanıqlı inkişafının və sarsılmaz qüdrətinin əsas təminatıdır.
Yekunda ötən il ərzində görülmüş işlər qənaətbəxş hesab edilmiş, 2026-cı il üçün nəzərdə tutulan tədbirlər proqramı təsdiq olunmuşdur.