PDF Oxu

Siyasət

  • 799

Beynəlxalq nüfuzun göstəricisi ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin ali təltiflərindən biri hesab olunan Şeyx Zayed adına mükafata layiq görülməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun, uğurlu xarici siyasət kursunun və Azərbaycan‑Ərəb dünyası ilə münasibətlərin yüksək səviyyəsinin bariz göstəricisidir. Bu təltif həm dövlət başçısının siyasi fəaliyyətinə verilən yüksək qiymət, həm də Azərbaycanın dünya miqyasında etibarlı tərəfdaş kimi qəbul olunmasının növbəti təsdiqidir. Məlumdur ki, Şeyx Zayed adına mükafat Birləşmiş Ərəb Əmirliklərinin ən nüfuzlu dövlət təltiflərindən biri sayılır və adətən beynəlxalq əməkdaşlığın inkişafına, sülhün möhkəmlənməsinə, iqtisadi və humanitar münasibətlərin genişlənməsinə xüsusi töhfə verən liderlərə təqdim olunur.

Prezident İlham Əliyevin bu ali mükafata layiq görülməsi onun həyata keçirdiyi müstəqil, prinsipial və uzaqgörən siyasətin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir. Son illərdə Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. İkitərəfli siyasi dialoq intensiv xarakter almış, iqtisadi və investisiya layihələri genişlənmiş, energetika, alternativ enerji, turizm, logistika və kənd təsərrüfatı sahələrində əməkdaşlıq yeni mərhələyə qədəm qoymuşdur Bu münasibətlərin inkişafında Prezident İlham Əliyevin şəxsi təşəbbüsləri və diplomatic fəaliyyəti mühüm rol oynamışdır.

Azərbaycanın beynəlxalq siyasətdə balanslı mövqe tutması, müxtəlif regionlar arasında körpü rolunu oynaması, sülh və sabitliyin təşviqinə verdiyi töhfələr ölkəmizin nüfuzunu artıran əsas amillərdəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji və nəqliyyat layihələri region üçün olduğu qədər qlobal miqyasda da strateji əhəmiyyət daşıyır. Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə sadiqliyi, müxtəlif din və mədəniyyətlərin nümayəndələrinin ölkəmizdə sülh şəraitində yaşaması beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Bu siyasət Prezident İlham Əliyevin təşəbbüsü ilə ardıcıl şəkildə davam etdirilir və Azərbaycanın humanitar diplomatiyasının əsas istiqamətlərindən biri hesab olunur. Eyni zamanda ölkəmizin iqtisadi inkişaf modeli, sosial rifahın yaxşılaşdırılması, infrastrukturun yenilənməsi, qeyri‑neft sektorunun inkişafı və innovasiyalara verilən diqqət Azərbaycanın davamlı inkişaf strategiyasının uğurlu nəticələrini nümayiş etdirir. Bu siyasət Azərbaycanı regionun aparıcı dövlətlərindən birinə çevirmişdir. Azərbaycanın beynəlxalq təşkilatlarda fəallığı, qlobal təşəbbüslərdə iştirakı, humanitar layihələrə verdiyi töhfələr və müxtəlif ölkələrlə əməkdaşlığın genişlənməsi ölkəmizin dünya miqyasında nüfuzunu daha da möhkəmləndirmişdir. Bu baxımdan Şeyx Zayed mükafatı Azərbaycanın artan siyasi çəkisinin real göstəricisi kimi qiymətləndirilə bilər. Azərbaycan ictimaiyyəti bu mükafatı böyük qürur hissi ilə qarşılayır. Bu təltif təkcə dövlət başçısının fəaliyyətinə deyil, bütövlükdə Azərbaycanın müstəqil siyasətinə, milli maraqlara əsaslanan inkişaf strategiyasına verilən qiymət kimi qəbul olunur. Şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da beynəlxalq əməkdaşlığın genişləndirilməsi, sülh və sabitliyin möhkəmləndirilməsi, iqtisadi və humanitar əlaqələrin inkişaf etdirilməsi istiqamətində ardıcıl siyasət yürüdəcəkdir.Beləliklə, Prezident İlham Əliyevin Şeyx Zayed adına mükafata layiq görülməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, strateji inkişaf kursunun və uğurlu diplomatik fəaliyyətin məntiqi nəticəsi kimi dəyərləndiriləbilər.

Vəli Sərxanlı

YAP Culfa rayon təşkilatının fəalı

Digər xəbərlər