PDF Oxu

Siyasət

  • 610

Sülh regionun gələcəyi üçün vacib amildir - ŞƏRH

image

Azərbaycan Prezidenti İlham Əliyevə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı” nın verilməsi onun dünya birliyində apardığı ardıcıl və məqsədyönlü fəaliyyətə göstərilən yüksək qiymətin bariz nümunəsidir. Yəni müəyyən edilmiş siyasi kurs beynəlxalq aləmdə rəğbət doğurur, çünki bu kurs qarşılıqlı hörmətə, əməkdaşlığa və ümumi təhlükəsizliyə xidmət edir. Ölkə daxilində mövcud olan sabitlik, sosial-iqtisadi inkişaf, aparılan genişmiqyaslı islahatlar və əldə olunan nailiyyətlər beynəlxalq birlik tərəfindən də yüksək dəyərləndirilir.
Prezident mükasfatlandırma mərasimində qeyd edib ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür, Bunu son vaxtlar həyata keçirilmiş ikitərəfli tədbirlər aydın göstərir. Bu altı ay münasibətlərimizin inkişafı baxımından çox mühüm olmuşdur. Biz təkcə Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətləri aradan qaldırmadıq, eyni zamanda, Ermənistana neft məhsullarının ixracına da başladıq. Yəni bu altı ay ərzində biz əməkdaşlığa başlamışıq. Hazırda ticarət əlaqələrimizi genişləndiririk.
Əbu-Dəbidə əldə olunan mühüm nəticələrdən biri də Ermənistan-Azərbaycan dövlətlərarası normallaşma prosesinin vasitəçilərsiz, birbaşa formatda davam etdirilməsinin vacibliyinin yenidən təsdiqlənməsidir. Hər iki tərəf postmünaqişə dövründə malik olduqları resurslar əsasında bu istiqamətdə prinsipial addımlar atır. Bütün bunlar onu deməyə əsas verir ki, sülh yalnız siyasi dialoqla deyil, iqtisadi əməkdaşlıq və qarşılıqlı etimadın gücləndirilməsi yolu ilə möhkəmlənir. Mükafatın təqdimolunma mərasimi çərçivəsində baş tutan görüşlər, o cümlədən Ermənistanın Baş naziri Nikol Paşinyanla olan təmaslar iki ölkə arasında münasibətlərin gələcək inkişafı baxımından mühüm əhəmiyyэt kəsb edir.

Neva Abdurahmanova

YAP Qusar rayon təşkilatının sədr müavini

Digər xəbərlər