PDF Oxu

Siyasət

  • 623

Sülh modelinə dəstək veririk - ŞƏRH

image

Azərbaycan Prezidenti İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması bizi olduqca sevindirmişdir. Bu mükafatın arxasında böyük zəhmət, gərgin fəalliyyət dayanır. Azərbaycanın əldə etdiyi böyük uğurlarının, qələbələrinin təməlində düzgün və müdrik siyasətin aparılması dayanır.. Bu isə onu təsdiq edir ki, Ulu Öndərimiz Heydər Əliyevin siyasi xəttinin dönməzliyi və. davamlılığı ən yüksək səviyyədə təmin olunur.
Qeyd edək ki, Şeyx Zayed Fondu: Humanizm və qlobal həmrəylik rəmzidir. Bu fond BƏƏ-nin banisi Şeyx Zayed bin Sultan Əl Nəhyanın irsini yaşatmaq üçün təsis edilib. Fondun əsas missiyasının fəlsəfəsi dünyada humanizm, dözümlülük, ətraf mühitin qorunması və xalqlararası sülhün təşviqidir. “Zayed İnsan Qardaşlığı Mükafatı” dünyada sülh, həmrəylik və dinc yanaşı yaşama prinsiplərini təşviq edən şəxslərə və qurumlara verilən nüfuzlu beynəlxalq mükafatdır.
“Zayed İnsan Qardaşlığı Mükafatı” Komitəsi də məhz bu qərara gəlib ki, Azərbaycanla Ermənistan arasında 2025-ci il avqustun 8-də ABŞ-da paraflanmış tarixi sülh müqaviləsi mükafatın dialoq və birgəyaşayış mədəniyyətinin təşviqi və inkişaf etdirilməsi sahəsindəki missiyasını və məqsədlərini özündə təcəssüm etdirir.
Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Biz Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri götürdük. Bundan əlavə, biz Ermənistanın əsasən asılı olduğu əsas malların, ilkin növbədə, neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu vəziyyətdən hamı udur.
Beləliklə, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə biz Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq. Məhz bu siyasətin nəticəsi olaraq Azərbaycan bu gün beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, sözünə və imzasına sadiq ölkə kimi tanınır. Xüsusilə, 2025-ci ildə Vaşinqtonda keçirilmiş üçtərəfli görüş və burada imzalanan sənədlər Ermənistanın gələcək siyasi kursu baxımından həlledici məqam kimi dəyərləndirilə bilər.

Bəhruz Ramazanov

YAP Qusar rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər