PDF Oxu

Siyasət

  • 1 134

Azərbaycanın qlobal sülhə töhfəsi ŞƏRH

image

2026-cı il fevralın 4-də Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi təkcə nüfuzlu beynəlxalq tədbir deyil, eyni zamanda sülh, qarşılıqlı anlaşma və humanist dəyərlərin rəmzinə çevrildi. Mükafatın təqdim etmə mərasimində çıxış edən Prezident İlham Əliyev mükafatın Birləşmiş Ərəb Əmirliklərinin banisi, uzaqgörən dövlət xadimi Şeyx Zayed bin Sultan Al Nəhyanın adını daşımasının xüsusi mənəvi məna daşıdığını br daha vurğuladı. Dövlətimizin başçısı Şeyx Zayedin siyasi irsinin bu gün də BƏƏ-nin davamlı inkişafının, rifahının və multikultural cəmiyyət modelinin əsasını təşkil etdiyini qeyd etdi. Bildirildi ki, Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan atasının müəyyən etdiyi inkişaf, tərəqqi və modernləşmə yolunu uğurla davam etdirir və BƏƏ bu baxımdan dünya üçün nümunəvi ölkəyə çevrilib.

2019-cu ildə təsis olunmuş “Zayed İnsan Qardaşlığı Mükafatı” Birləşmiş Ərəb Əmirliklərinin banisi Şeyx Zayed bin Sultan Al Nəhyanın humanizmə, tolerantlığa və xalqlar arasında qardaşlığa əsaslanan ideyalarını yaşatmaq məqsədi daşıyır. Bu mükafat dünyada sülhün, dinlərarası dialoqun, mədəniyyətlərarası anlaşmanın və humanist dəyərlərin təşviqinə mühüm töhfə verən dövlət xadimlərinə, təşkilatlara və fərdlərə təqdim olunur. İlk dəfə 2019-cu ildə təqdim edilən mükafat qısa müddətdə beynəlxalq nüfuz qazanaraq qlobal miqyasda sülh və qardaşlıq rəmzinə çevrilmişdir.

Prezident İlham Əliyevin bu nüfuzlu mükafata layiq görülməsi Azərbaycanın sülhə, əməkdaşlığa və insan qardaşlığına verdiyi töhfələrin beynəlxalq səviyyədə yüksək dəyərləndirilməsinin daha bir təsdiqidir.

Cənab Prezident çıxışda dinlərarası dialoqun və sivilizasiyalararası əməkdaşlığın əhəmiyyətinə xüsusi diqqət yetirildi. Prezident İlham Əliyev Əl-Əzhərin böyük imamı Əhməd Əl-Tayyibə və Roma Papası Zati-müqəddəsləri Leoya təşəkkür edərək, onların qlobal sülhə və qarşılıqlı anlayışa verdikləri töhfələri yüksək qiymətləndirdi. Bu kontekstdə Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş sülhün təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün mühüm əhəmiyyət daşıdığı vurğulandı.

Dövlətimizin başçısı xatırlatdı ki, Azərbaycan xalqı 30 ildən artıq müharibə şəraitində yaşamış, lakin artıq altı aydır ki, sülh dövrünə qədəm qoymuşdur. ABŞ Prezidenti Donald Trampın ev sahibliyi etdiyi Vaşinqton Zirvə Görüşündən sonrakı dövr tərəfdaşlıq, əməkdaşlıq və dayanıqlı sülh istiqamətində mühüm mərhələ kimi xarakterizə olundu. Məhz həmin Zirvə Görüşü nəticəsində Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanmış, Birgə Bəyannamə imzalanmış və onilliklər davam edən münaqişəyə son qoyulmuşdur.

Prezident İlham Əliyev altı ay ərzində münasibətlərin real əməkdaşlıq mərhələsinə keçdiyini qeyd edərək, yük daşımalarına qoyulmuş məhdudiyyətlərin aradan qaldırıldığını, Ermənistana neft məhsullarının ixracına başlanıldığını və ticarət əlaqələrinin genişləndirildiyini diqqətə çatdırdı. Bu addımların sülhün yalnız kağız üzərində deyil, real həyatda da möhkəmləndirilməsinə xidmət etdiyi bildirildi.

Əbu-Dabidə keçirilən mərasimin rəmzi məna daşıdığı da xüsusi qeyd olundu. Məhz burada, 2025-ci ilin iyulunda, Vaşinqton Sammitindən bir ay əvvəl Azərbaycan və Ermənistan arasında son danışıqlar raundu keçirilmiş, sülhə aparan son razılaşma əldə olunmuşdur. Bu baxımdan bugünkü mükafatlandırma mərasimi sülh yolunun məntiqi davamı kimi dəyərləndirildi.

Ölkəmizin başçısı qeyd etdi ki, uzunmüddətli münaqişələrə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Bunun üçün güclü siyasi iradə, qarşılıqlı etimad və beynəlxalq ictimaiyyətin dəstəyi əsas şərtlərdir. Cənab İlham Əliyev çıxışının sonunda bildirdi ki, Azərbaycanın sülh təcrübəsi hələ də münaqişə yaşayan ölkələr üçün yol xəritəsi ola bilər. Bu sülh mükafatı regionumuz üçün böyük əhəmiyyət kəsb edir. Hüquq və ədalətin aliliyinin Azərbaycan nümunəsidir.

Rauf Hüseynov

YAP Culfa rayon təşkilatının fəalı, Culfa şəhər 2№-li tam orta məktəbi ərazi partiya təşkilatının sədri

Digər xəbərlər