PDF Oxu

Siyasət

  • 480

Tərtərdə hesabat yığıncaqları keçirilib -ŞƏRH

image

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının “42 saylı Yol İstismarı İdarəsi” MMC və Kommunal Təsərrüfatı İdarəsi ərazi partiya təşkilatlarında hesabat yığıncaqları keçirilib.

Tədbir iştirakçıları əvvəlcə müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

İclaslarda ərazi partiya təşkilat sədrlərinin ötən dövr ərzində görülmüş işlərə dair geniş hesabat məruzələri dinlənilib. Çıxış edən partiya üzvləri ərazi təşkilatlarının fəaliyyətini yüksək qiymətləndirərək, işləri qənaətbəxş hesab ediblər.

Yığıncaqda iştirak edən YAP Tərtər rayon təşkilatının məsləhətçiləri Gündüz Alıkişiyev və Əli Paşayev çıxış edərək xüsusi önəm kəsb edən siyasi məqamlara toxunublar. Prezident cənab İlham Əliyevin ABŞ-ın vitse-prezidenti ilə keçirdiyi mühüm görüşlərdə verdiyi strateji mesajları xatırladaraq, Azərbaycanın beynəlxalq müstəvidə müstəqil xarici siyasət yürüdən və milli maraqlarını qətiyyətlə qoruyan dövlət olduğunu vurğulayıblar. Qeyd olunub ki, bu diplomatik uğurlar ölkəmizin regiondakı liderlik mövqeyini daha da möhkəmləndirir.

Diqqətə çatdırıb ki, yaradıcısı ulu öndər Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında aparıcı mövqeyindən və rolundan danışıb. Bildirib ki, gələcəyə doğru inamla addımlayan YAP Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir. 2020-ci ildə Azərbaycan öz qəhrəmanlıq tarixinin ən unudulmaz salnaməsini yazdı. Postmünaqişə dövründə, qısa bir zamanda Böyük Qayıdışa hazırlıq olaraq dövlətimizin başçısının Sərəncam və tapşırıqları ilə görülən genişmiqyaslı işlər hər kəsi qürurlandırır.

Eyni zamanda, çıxışlarda 2026-cı il “Şəhərsalma və Memarlıq İli” ilə bağlı layihələrindən bəhs edilib. Bildirilib ki, növbəti ildə infrastrukturun müasirləşdirilməsi, Tərtər rayonu da daxil olmaqla bütün bölgələrdə müasir standartlara uyğun yaşayış və sosial obyektlərin inşası diqqət mərkəzində olacaq. Şəhərsalma ilə bağlı nəzərdə tutulan bu işlərin əhalinin rifah halının yüksəlməsinə və bölgənin estetik görünüşünün daha da gözəlləşməsinə xidmət edəcəyi bildirilib.

Sonda “42 saylı Yol İstismarı İdarəsi” MMC və Kommunal Təsərrüfatı İdarəsi ərazi partiya təşkilatlarının hesabat məruzələri təsdiqlənib və 2026-cı il Tədbirlər planı qəbul edilib.

Digər xəbərlər