PDF Oxu

Siyasət

  • 571

Ərazi partiya təşkilatına yeni sədr seçildi - ŞƏRH

image

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının 61 saylı (Psixonevroloji Dispanser) ərazi partiya təşkilatının seçki yığıncağı keçirilib. Yığıncağın gündəliyində duran əsas məsələ ərazi partiya təşkilatında yeni sədrin seçilməsi olub.

Tədbiri giriş sözü ilə açan YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılan Yeni Azərbaycan Partiyası fəaliyyəti ilə ölkəmizin, xalqımızın həyatını kökündən dəyişməklə yanaşı, dövlətçilik tariximizdə yeni mərhələnin əsasını qoyub, habelə qısa zaman kəsiyində öz siyasi xəttinə sadiqliyi, xalq, dövlət qarşısında xidmətləri, ölkəmizin bir-birini əvəzləyən uğurları ilə cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirərək, ümumxalq partiyasına çevrilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası dəyərlərinin yüksək səviyyədə qorunması və daha da inkişaf etdirilməsi nəticəsində partiya üzvlərinin sayının günü-gündən artdığını qeyd edən Bayram Aslanov bildirib ki, YAP Sədrinin dövlət və partiya tədbirlərindəki nitqlərində səsləndirdiyi müddəaların, habelə partiyanın Proqram və Nizamnaməsindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində qurub.

Psixonevroloji Dispanserin baş həkim əvəzi Vəfa Paşayeva çıxışında YAP-ın yaranma zərurətindən və ölkəmizin inkişafındakı əvəzsiz xidmətlərindən danışıb və bildirib ki, zamanında edilən düzgün seçim və xalqımızın YAP ətrafında sıx birləşərək ölkənin inkişafına təkan verməsi bu gün artıq öz nəticəsini verməkdədir.

Yığıncaqda təşkilati məsələyə baxılıb, Kəmalə Mustafayeva ərazi partiya təşkilatının sədri, Ramiyə Abbasova sədr müavini seçilib.

Sonda tədbir iştirakçıları yeni seçilən sədr və sədr müavinini təbrik edib, işlərində uğurlar arzulayıb və partiya üzvlərini partiyanın fəaliyyətində daha yaxından iştirak etməyə çağırıblar.

Digər xəbərlər