PDF Oxu

Siyasət

  • 701

Xalqa qələbə sevincini yaşadan qəhrəman

image

44 günlük yağıya qarşı haqq savaşımız 30 illik işğala son qoymaqla Azərbaycanın, eləcə dünyanın hərb tarixinə qəzıl hərflərləyazıldı. Bu şanlı qələbə minlərlə qeyrətli Vətən övladının canı bahasına əldə olundu. Məhz Biləsuvar elinin igid oğlu Xalid Gözəlov da bu müqəddəs yolda əbədiyyət ulduzuna döndü. O, döyüş meydanında son damla qanına qədər vuruşaraq doğma Azərbaycan qarşısında borcunu şərəflə, ləyaqətlə yerinə yetirdi. Bu işıqlı dünyada cəmi 24 il yaşasa da, yaşının çərçivəsinə sığmayan qəhrəmanlıqla gələcək nəsillər üçündə bir örnək oldu. Xalid cismən aramızda olmasa da, xatirəsi xalqımız tərəfindən daimi əziz tutular.

1996-cı ildə Biləsuvarın Aşağı Cürəli kəndində dünyaya göz açan Xalid Həsən oğlu Gözəlovorta məktəbi bitirib gələcəklə bağlı tükənməz arzularla müstəqil həyata qədəm qoyub. Doğma yurdunu azad, xalqını xoşbəxt görmək onun birinci amalı olub. Qaldı ki yağı dadanmış Vətəninin taleyini daha çox düşünən Xalid hərbiçi peşəni seçməyi özünə daha müqəddəs bilib. Buna görə də 2012-2016-cı illərdə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında ali təhsil alıb. Ali məktəbi mükəmməl şəkildə bitirdikdən sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarda leytenant rütbəsində pilot vəzifəsində xidmətə başlayıb. İlk gündən Vətənə olan sevgisi, cəsarəti, mərdliyi ona hörmət qazandırıb. Bir qayda olaraq üzərinə düşən bütün tapşırıqlara vicdanla yanaşıb, onları layiqincə yerinə yetirib. Azərbaycana qeyrətli oğul olaraq tanınan Xalid 2019-cu ildə baş leytenant rütbəsinə yüksəlib.

Vətən müharibəsi başlananda Xalid ilk gündən qanlı savaşlara atılıb. Qarşına qoyduğu amalda son nəfəsinədək vuruşub əsir düşən Vətən torpağının hər qarşısını azad görmək olub. Müharibə meydanında yağı ilə ürəklə döyüşüb, böyük şücaət göstərib. Qatıldığı döyüşlərdə erməni dığalarına qan uddurub, onlarla canlı qüvvəsini, neçə-neçə texnikasını məhv edib. Füzulinin azadlığı uğrunda gedən ölüm-dirim savaşında şəhidlik zirvəsinə ucalıb. Torpağı qan ilə Vətən edən igid baş leytenant 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" və digər medallara layiq görülüb.

Beləcə qısa ömründə böyük şücaətlər göstərən, canını Vətən uğrunda qurban verən Xalid Gözəlov xalqın ürəyində yaşamaqla, heç vaxt unudulmaz.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər