PDF Oxu

Siyasət

  • 556

Tərtərdə rəsm müsabiqəsi keçirilib ŞƏRH

image

YAP Tərtər rayon təşkilatı, Tərtər rayon İcra Hakimiyyəti və Tərtər-Ağdərə rayonları üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə Tərtər rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində mərkəzin dərnək üzvlərinin Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş rəsm və əl işlərindən ibarət müsabiqə-sərgsi təşkil olunub.
Tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Müsabiqənin rəsmi hissəsində YAP Tərtər rayon təşkilatının məsləhətçisi Gündüz Alıkişiyev, Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi – psixoloqu Pərişan Orucova və mərkəzin direktoru Ülviyyə Qəmbərova çıxış ediblər. Natiqlər erməni millətçilərinin əsrlər boyu xalqımıza qarşı yürütdüyü etnik təmizləmə və işğalçılıq siyasətindən geniş bəhs ediblər.
Çıxışlarda 1992-ci ilin 26 fevralında Xocalıda dinc əhaliyə qarşı törədilən vəhşiliklərin bəşəriyyətə qarşı ən ağır cinayətlərdən biri olduğu vurğulanıb, bu qanlı tarixin gənc nəslin yaddaşında yaşamasının vacibliyi qeyd edilib.
Məruzələrdən sonra dərnək üzvlərinin Xocalı faciəsinin ağrı-acısını, xalqımızın qəhrəmanlıq əzmini və vətən sevgisini əks etdirən rəsm əsərlərinə və əl işlərinə baxış keçirilib.
Qaliblərə YAP Tərtər rayon təşkilatı tərəfindən Fəxri fərmanlar təqdim olunacaq.

Digər xəbərlər