Xocalı memorial kompleksi təkcə bir memarlıq abidəsinin istifadəyə verilməsi deyil, bu, tarixi yaddaşın bərpası, şəhidlərimizin ruhuna ehtiramın ifadəsi və ədalətin təntənəsidir.Xocalı faciəsi Azərbaycan xalqının yaddaşına qanla yazılmış ən ağır səhifələrdən biridir. 1992-ci il fevralın 26-da dinc əhaliyə qarşı törədilmiş soyqırımı nəticəsində yüzlərlə günahsız insan – qadınlar, uşaqlar, qocalar amansızcasına qətlə yetirilmişdir. Bu faciə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayət idi.
Ulu Öndər Heydər Əliyev Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən etmişdir. Onun təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilmiş, faciənin beynəlxalq səviyyədə tanıdılması istiqamətində sistemli fəaliyyətə başlanılmışdır.
Bu siyasət bu gün də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Cənab Prezidentin çıxışlarında dəfələrlə vurğulandığı kimi, “Xocalı soyqırımı heç vaxt unudulmayacaq. Biz bu həqiqətləri dünyaya çatdıracağıq və tarixi ədaləti təmin edəcəyik.” Dövlətimizin başçısı hər zaman qeyd etmişdir ki, ədalət tələbimiz tam haqlıdır və beynəlxalq hüquqa əsaslanır.
Vətən müharibəsində qazanılmış tarixi Zəfər nəticəsində işğal altındakı torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Bu Zəfər həm də Xocalı şəhidlərinin qisasının alınması, onların ruhunun şad edilməsi demək idi. Prezident İlham Əliyevin sözləri ilə desək, “Biz güc yolu ilə deyil, beynəlxalq hüquqa əsaslanaraq ədaləti bərpa etdik.”
Bu gün açılışını etdiyimiz Memorial Kompleks gələcək nəsillərə bir mesajdır: xalqımız öz tarixini unutmur, şəhidlərini unutmur və heç vaxt unutmayacaq. Bu məkan həm anım yeri, həm də ibrət dərsidir. Buraya gələn hər bir insan Xocalı həqiqətləri ilə tanış olacaq, faciənin miqyasını və mahiyyətini dərk edəcək.olaraq qalacaqdır.
Əmir Babayev
YAP Şərur rayon təşkilatının sədri