4 mart 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Müdrik Azərbaycan qadını” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Ulu öndər Heydər Əliyevin eləcədə ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışan, şəhid anaları, qazi ailələrini təmsil edən qadınların iştirakı ilə keçirilən bayram tədbirini Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açmış, tədbir iştirakçılarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etmiş və bildirmişdir ki, “Qadına hörmət, ehtiram və qayğı hər bir cəmiyyətin, xalqın dünya görüşünün, mədəniyyətinin, mənəvi dəyərlərinin sanki bir məhək daşıdır. Azərbaycanın mədəniyyətində qadına hörmət xüsusi əhəmiyyət kəsb edir”.
Seyfəddin Əliyev qeyd etmişdir ki, müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayır. Bu gün Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva bütün dünyaya sübut edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər.
Təşkilat sədri Vətən Müharibəsindən danışaraq, gənclərimizin dövlətçiliyimizə sədaqət ruhunda formalaşmaları üçün bütün qüvvəsini sərf edən Azərbaycan qadınlarının əməyi nəticəsində vətənpərvər ruhda tərbiyə olunan və Azərbaycan Ordusunun sıralarında xidmət edən rəşadətli hərbi qulluqçularımız ölkə Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin “Dəmir Yumruğ”u ətrafında sıx birləşərək cəmi 44 gün ərzində düşməni məhv edib, doğma torpaqlarımızı düşmən tapdağından azad etdini qeyd edib.
Şəhər 1 saylı məktəb ərtazi partiya təşkilatının sədri, Şəhid anası Mehriban Sultanova tədbir iştirakçılarını bayramn münasibətilə təbrik edib, qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətimizdə tutduqları yüksək mövqedən bəhs edib. Bildirilib ki, milli əxlaqi dəyərlərimizin, adət və ənənələrimizin keşiyində şərəflə dayanan qadınlarımız Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan və qüdrətli bir dövlətə çevirmək yolunda əllərindən gələni əsirgəməmişlər.
Şəhid anası Leyla Əliyeva, partiya fəallarından Lətafət Əlirzayeva və digərləri çıxışlarında ölkəmizdə gender siyasətinin gücləndirilməsi, cəmiyyətdə rolunun yüksəldilməsi və bu istiqamətdə həyata keçirilən mühüm tədbirlərdən danışaraq, milli əxlaqi dəyərlərimizin, adət-ənənələrimizin keşiyində dayanan Azərbaycan qadınlarının öz iradəsi, mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, milli-mənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynadıqlarını qeyd ediblər.
Sonda xatirə şəkli çəkdirilib, tədbir işçtirakçılarına bayram hədiyyələri təqdim olunub.