PDF Oxu

Siyasət

  • 408

Enerji ehtiyatlarının etibarlı tranziti

image

Azərbaycan bir çox mühüm geosiyasi və iqtisadi əhəmiyyətli tədbirlərə uğurla ev sahibliyi edib. Bu ənənə bu gündə davam etməkdədir. Bütün əldə olunmuş bu uğurların müəllifi ölkə Prezidenti cənab İlham Əliyevdir və Onun apardığı uğurlu daxili və xarici siyasət kursunun məntiqi nəticəsidir. Ölkəmizin təşəbbüskarı olduğu layihələr təkcə region üçün deyil, dünya miqyasında da böyük əhəmiyyət daşıyır. Hər dəfə olduğu kimi, yenə də Azərbaycan ev sahibliyi edir, bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. Martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları keçirilib. Beynəlxalq toplantıda Azərbaycan və Avropa daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, həmçinin 49 enerji şirkəti, bir sıra ölkələrin nazirləri, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələri iştirak ediblər. Məşvərət Şurası çərçivəsində Azərbaycan-Avropa İttifaqı Yaşıl Bağlantı üzrə İnvestisiya dəyirmi masası keçirilib. Tədbirdə çıxış edən Prezident cənab İlham Əliyev çıxış edərək bildirmişdir ki, "Xüsusilə son 12 ilə nəzər saldıqda müxtəlif ssenarilərin, çətinliklərin, mürəkkəbliklərin və problemlərin şahidi oluruq. Lakin bütün bu çətinliklərə və regionumuzda yaşanan olduqca ağır dövrlərə baxmayaraq, Azərbaycan və tərəfdaşları tərəfindən bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin olunması həqiqətən də gündəlik həyatımızda hiss etdiyimiz reallığa çevrilmişdir. Ötən il Bakıda sonuncu görüşümüzdən bəri görülən işlərə nəzər yetirdikdə yenə də irəliləyişin şahidi oluruq. Hər dəfə biz məhz irəliləyişdən danışırıq. Sonuncu dəfə bu auditoriya qarşısında çıxış edərkən bildirmişdim ki, biz 12 ölkəyə qaz tədarük edirik. Hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir." Artıq Azərbaycan 12 ölkəyə qaz tədarük edir və dövlət başçımızın da qeyd etdiyi kimi, Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik. Bu gün ölkəmiz ənənəvi karbohidrogen ixracatçısı olmaqla yanaşı, bərpa olunan enerji potensialını da sürətlə inkişaf etdirir. Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır. Qazaxıstan və Türkmənistan neftinin nəqli sistem vasitəsilə həyata keçirilir və bu həcmlər ildən-ilə artır. Xəzərin şərq sahillərindən daha çox neft qəbul etmək üçün infrastruktur mövcuddur. Beynəlxalq enerji aktivlərinin genişləndirilməsi də strateji siyasətin tərkib hissəsidir. Sonda xüsusilə qeyd etmək lazımdır ki, uğurlu enerji diplomatiyası Azərbaycanın beynəlxalq tərəfdaşlıq şəbəkəsini genişləndirir. Xüsusilə Amerika Birləşmiş Ştatlarının Azərbaycanın strateji tərəfdaşı kimi çıxış etməsi qarşıdakı planların gerçəkləşməsinə əlavə təkan verir.

Elmin Məmmədov

YAP Ağdam rayon təşkilatının əməkdaşı

Digər xəbərlər