PDF Oxu

Siyasət

  • 1 517

Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir - FOTOLAR

image

06 mart 2026 - cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Ağstafa rayon təşkilatında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir” adlı tədbir keçirilib.

Tədbirdə YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, təşkilatın əməkdaşları, xanım partiya fəalları iştirak ediblər.

YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev çıxış edərək bildirib ki, ölkəmizdə qadın hərəkatının, dövlət qadın siyasətinin dövlət səviyyəsinə qaldırılması məhz, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Azərbaycanda Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət qadın siyasəti böyük yüksəliş mərhələsinə qədəm qoyub, qadınlara göstərilən dövlət qayğısı artıb, qadınlarımız cəmiyyətimizdə mühüm rola malikdirlər. Azərbaycan qadını tarix boyu milli-mənəvi dəyərlərin qorunmasında və yaşadılmasında müstəsna rol oynamışdır.

Etibar Hacıyev bayram münasibətilə bütün xanımları təbrik edib, onlara xoş arzularını çatdırıb və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra rayon YAP Ağstafa rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən xanımlara Fəxri Fərman, gül dəstəsi və qiymətli hədiyyələr təqdim olunub.

Sonda xatirə şəkli çəkdirilib.

Digər xəbərlər