Astara Pedaqoji Kollecində “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə bu başlıqda təşkil olunmuş bayram tədbirində kollecin direktoru, professor, şəhid atası Kamran Kazımov çıxış edərək qadınların cəmiyyətin inkişafında, xüsusilə təhsil sahəsində göstərdikləri əvəzsiz xidmətlərdən danışaraq onların zəhmətini yüksək qiymətləndirdi və bildirdi ki, qadınlar öz bilikləri, məsuliyyətli fəaliyyətləri və fədakarlıqları ilə gənc nəslin tərbiyəsində vəformalaşmasında mühüm rol oynayırlar.
Çıxış edən qonaqlar— kollecin İctimai Şura sədri Rafiq Əliyev, Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatının əməkdaşı Elçin Məmmədəliyev kollecdə çalışan xanım əməkdaşların tədris və ictimai fəaliyyətlərdəəldə etdikləri uğurları xüsusi vurğuladılar. Şəhid analarının simasında bütün xanımları “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə təbrik edərək onlara möhkəm cansağlığı, ailə səadəti və fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzuladılar.
Tədbirdə təhsil ocağının xanım əməkdaşlarına bayram münasibətilə güllər təqdim olundu, kollecin ictimai həyatında fəal iştirak edən bir qrup xanım əməkdaşı rəhbərlik və Astara rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatı tərəfindən təşəkkürnamə ilə təltif olundular.
Daha sonra Yeni Azərbaycan Partiya sıralarına yeni qəbul olunmuş xanım əməkdaşlara partiya biletləri təqdim olundu.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü