PDF Oxu

Siyasət

  • 1 507

Bahar nəfəsli, çiçək qoxulu... - ŞƏRH

image

“Dünyada əziz gün kimi tarixləşən bayramlar çoxdur. Belə bayramlardan biri də ən müqəddəs varlıq olan, hər cür sevgi və məhəbbətə layiq qadınlar bayramı- 8 martdır... Əziz qadınlar bayramınız da sizin kimi bahar nəfəsli, çiçək qoxuludur. Onun gəlişi ilə ürəklərə sevinc gəlir. Elə buna görə də ömrünüz daimi baharlı olsun!”

Bu fikirlər Astara rayonunda “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə keçirilən “Bu gün Azərbaycan qadını həm ana kimi müqəddəs missiyanı şərəflə yerinə yetirir, həm də peşəkar fəaliyyəti ilə dövlətimizin inkişafına xidmət edir” adlı tədbirdə dilə gətirildi.

Ulu Öndər Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla anılmaqla və Azərbaycan Respublikasının Dövlət Himnin oxunması ilə başlanan, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınların qatıldığı tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının sədri Həbib Cəfərovun, Astara Pedaqoji Kollecinin direktoru, professor Kamran Kazımovun, Astara rayonu üzrə Təhsil Sektorunun müdiri Xədicə Əliyevanın, Astara Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahin Əliyevin və YAP Astara rayon təşkilatının əməkdaşı Elçin Məmmədəliyevin çıxışları oldu.

Natiqlər xanımları “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə səmimi-qəlbdən təbrik etdilər, onlara möhkəm cansağlığı, ailə səadəti və uğurlar arzulamaqla bildirdilər ki, qadınlar cəmiyyətin mənəvi dayağı, ailənin təməli, milli-mənəvi dəyərlərin qoruyucusudur. Azərbaycan qadınları tarixən öz zəkası, müdrikliyi və vətənpərvərliyi ilə seçilmiş, ölkəmizin inkişafında mühüm rol oynamışdır. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu gender siyasəti Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Eləcə rayonumuzda cəmiyyətin ictimai-siyası və mədəni həyatında fəalıq göstərən ağıllı, zəkalı, işgüzar qadınlar çoxdur. Vətənimizə, xalqımıza layiqlı övladlar tərbiyə edən astaralı qadınlar çalışdıqları sahələrdə uğurlar qazanırlar.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər