Beynəlxalq siyasətin aktual mövzularının müzakirə edildiyi XIII Qlobal Bakı Forumu dünya liderlərini və ekspertlərini bir araya gətirən mühüm tədbirlərdən biridir. “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunan forumda Prezident İlham Əliyevin çıxışı diqqət mərkəzində oldu.
Prezident çıxışında Azərbaycanın regionda sülh və sabitliyin təmin olunmasına yönəlmiş siyasətindən danışdı. Ərazi bütövlüyünü bərpa edən Azərbaycan bundan sonra Ermənistanla münasibətlərin normallaşdırılması üçün diplomatik danışıqları davam etdirib. 2025-ci ildə sülh sazişinin paraflanması regionun gələcək inkişafı üçün yeni imkanlar yaradıb.
Enerji sahəsində əldə edilən uğurlar da forumda xüsusi vurğulandı. Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayının çoxluğu ölkənin qlobal enerji təhlükəsizliyində oynadığı rolu göstərir. Dövlət başçısı bu istiqamətdə əməkdaşlığın gələcəkdə də genişlənəcəyini qeyd etdi.
Forumun müzakirələri bir daha göstərdi ki, müasir dövrdə qlobal çağırışların həlli üçün beynəlxalq əməkdaşlıq vacibdir. Azərbaycan isə həm regional təşəbbüsləri, həm də enerji və nəqliyyat layihələri ilə bu proseslərdə mühüm rol oynayan ölkələrdən biridir.
İlkin Bağırov
YAP Babək rayon təşkilatının əməkdaşı