PDF Oxu

Siyasət

  • 1 007

Xaricdəki ünsürlərin haradan təlimat aldıqları üzə çıxdı - TƏHLİL

image

Prezidentin ailəsini şantaj edən şəxs ifşa olundu, DTX tərəfindən saxlanıldı - ŞOK TƏFƏRRÜAT

Təhqir, söyüş elementlərindən istifadə etmək, dezinformasiyalar yaymaq, şantaj və böhtan vasitələrindən istifadə etmək qorxaqlığın, zəifliyin əlamətidir. Çünki yalnız qorxaq və zəiflər cəsarətli fikirlər səsləndirmək imkanından məhrumdurlar. Həm də səthi araşdırmalarla təsdiq olunur ki, şər və böhtanlar yayanların əxlaqında, mənəviyyatında soydan-kökdən gəlmə problemləri var. Misal üçün xaricdə oturub Azərbaycan xalqını təhqir edən, dövlətə qarşı ittihamlar irəli sürən, sifarişli şər və böhtanlar yayan Mehman və Emin Hüseynov qardaşlarının, Qabil Məmmədovun, Leyla Yunusun, Orduxan Temirxanın, Arif Yunusun, Trol Sadıqlının, Manaf Quliyevin, Məhəmməd Mirzəlinin, Arif Məmmədovun və digərlərinin aldıqları tərbiyələrinə, əxlaqlarına uyğun söyüş və təhqirlərlə çıxış etmələrini göstərmək olar. Artıq elmi formada sübuta yetirilir ki, bu ünsürlərin soylarından, köklərindən gəlmə qara ləkələr mövcuddur. Hansı ki, bu ləkələrin silinməsi qeyri-mümkündür. Yəni söyüş və təhqir səsləndirmələri onlara irsən keçib.

Xaricdəki antimilli ünsürlər o dərəcədə iyrəncliyə, əxlaqsızlığa varırlar ki, Azərbaycanın atributlarını təhqir etməkdən, Qarabağ Fatehi, Prezidentimiz İlham Əliyevin ailəsi haqqında çirkin dezinformasiya tipli statuslar yaymaqdan, videolar paylaşmaqdan çəkinmirlər. Xüsusilə də Fransada məskunlaşan antimilli ünsürlərin daha çox söyüş və təhqir elementlərindən istifadə etdikləri müşahidə olunur. Bu da ondan irəli gəlir ki, xaricdəki ünsürlər əsasən Fransadan idarə olunurlar. Yəni anti-Azərbaycan qüvvələrin kurasiyası Fransa xüsusi xidmət orqanları tərəfindən həyata keçirilir. Lakin onların həbs edilərək ədalət mühakiməsinə veriləcəkləri gün uzaqda deyil. Bunu xaricdəki antimilli ünsürlərin özləri də anlayırlar. Ona görə də, Avropada, ABŞ-da gizlənən antimilli ünsürlər tez-tez yaşayış yerlərini dəyişirlər. Qorxu və təşviş içindədilər, narahatdılar ki, interpol əməliyyat keçirərək onları həbs edib, Azərbaycana göndərə bilər. Lakin elə siçovullar var ki, onlar gizlənməyə imkan tapa bilmir və həbs olunurlar. Bu günlər daha bir xaricdə oturub, xalqı təhqir edən, Prezidentimizin ailəsi haqqında şər və böhtanlar səsləndirən, videolar paylaşan məxluq həbs olunub. Saxlanılan şəxslə bağlı məhkəmə hökmü olmadığından onun adını çəkməyi və fotosunu göstərməyi düzgün hesab etmirik. Sadəcə, həbs olunan şəxsin ad və soyadının baş hərflərini qeyd edirik - F.S . Məhkəmə qərarı olandan sonra bu şəxsin kimliyi açıqlanacaq. Onun istintaqa ilkin izahatı bir sıra məsələlərə aydınlıq gətirməyə imkan verir. Bir daha təsdiqləndi ki, xaricdəki ünsürlər, xüsusilə də Mehman və Emin Hüseynov qardaşları, Qənimət Zahid, Qabil Məmmədov, Trol Sadıqlı, Məhəmməd Mirzəli və digərləri əxlaqsız və sifarişli küçə məxluqlarıdır.

Həbs olunan şəxsin fikirlərini qeyd etməzdən əvvəl bir məsələni vurğulamaq yerinə düşər ki, bir qədər əvvəl arvad paltarı geyinib səfirlikdə gizlənən və elə arvad paltarında xaricə qaçan Emin və Mehman Hüseynov qardaşları eləcə də Qabil Məmmədov Alena Əliyeva barədə müxtəlif internet platformalarında böhtan xarakterli məlumatlar yaymışdılar. Hətta Mehman Hüseynov canlı yayımların birində bir neçə saniyəlik şəkil fraqmenti nümayiş etdirdi. Sual olunur, M.Hüseynov bu saxta videomaterialları haradan alıb? Kimlər və ya hansı qüvvələr süni intelektlə hazırlanan videomaterialın paylaşılması sifarişini verib? Onlar videoları müəyyən adamlardan aldıqlarını deyirlər. Bəs bu adamlar kimdir? Sualı cavalandırmazdan öncə onu da qeyd edim ki, xaricdəki antimilli ünsürlər internetdə qarayaxma kampaniyasına başlaması ilə təxminən eyni vaxtda Azərbaycanın yüksək vəzifəli şəxsləri ilə bir nəfər öz sosial media hesabları, elektron poçt və xaricdə qeydiyyata alınmış telefon nömrəsi üzərindən əlaqə saxlamağa çalışır. Xarici ölkədə olan bu şəxs həmin adamları guya Alena Əliyevaya məxsus olmasını iddia etdiyi kadrlarla şantaj edir. Bu görüntüləri yaymamağının müqabilində 5 milyon avro tələb edir. Faktla əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işi başlanılır. Əməliyyat nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı F.S. saxlanılır. İstintaqa ifadəsində o, cinayəti törətdiyini etiraf edir və detalları danışır. Bildirir ki, 11 fevralda Mehman Hüseynovla mən əlaqə yaratmaq istədim və Facebook səhifəsində, "Sancaq Media" səhifəsində ona mesaj göndərdim ki, xahiş elədim ki, o mənə həmin bu xanımın şəxsi həyat videolarını göndərsin, yaxud şəkillərini göndərsin: “Həmin günü, yəni çox qısa zamandan sonra Elman Əliyev və Zəki bəy Səlimov həmin materialları mənə atdılar. Və hətta Elman Əliyev mənə iki video atmışdı. Və mən onlara baxandan sonra mən inanmadım ki, bu doğru videolardır, bu, feyk videodur. Bu, Mehman Hüseynovdan gələn, onun vasitəsilə yayılan videolardır. Bu informasiyanı əldə edəndən sonra, fevralın 11-də mən Facebook səhifəmdən Mehriban xanım Əliyevanın Facebook səhifəsində, ondan sonra Arzu Əliyevanın Facebook səhifəsində və Leyla xanım Əliyevanın səhifəsində orada mesaj yazdım ki, mənim əldə etdiyim müəyyən materiallar var Alena xanımın şəxsi həyatından və mən işarə etdim ki, əlaqə saxlamaq istəyirəm onlarla. Ancaq heç bir reaksiya olmadığına görə, fevralın 15-də mən görəndə ki, deməli mənim mesajlarıma cavab olmadı, qərara gəldim ki, məktub yazım və Heydər Əliyev Fonduna, saytına ora girərək orada müraciət bölməsində məktub yazdım, orada öz imeylimi qoydum və telefon nömrəmi qoydum. Bu şərtlərimi təzədən təkrar elədim. Mənimlə messenger vasitəsilə onların adamları əlaqə saxlasınlar. Bunu eləməsələr mən artıq bu informasiyanı, məlumatları bütün dünyaya yayacam, deməli informasiya agentliklərinə, səfirliklərə, parlamentlərə və s. Təxminən ayın 18-i mən, deməli, Cavid Qurbanovla əlaqə yaratmağa nail oldum. Cavid Qurbanovla biz Telegram messenceri ilə əlaqə qurduq, orda danışıqlar apardıq. Mən Cavid Qurbanova şərtimi səsləndirdim, dedim ki, bəs mən 10 milyon avro tələb etmək istəyirdim, ancaq fikrimi dəyişdim və bu iş tez olsun deyə mən 5 milyon avro tələb elədim".

c01913a2-9183-466e-9c34-e7726c042571.jpg (115 KB)

Saxlanılan şəxs etiraf edir ki, bu görüntüləri ona Mehman Hüseynov və Qabil Məmmədova yaxın olan Elman Əliyev və Məmmədzəki Səlimov veriblər. Şübhəli şəxsin telefonunda bu adamlarla danışığının audioyazısı da aşkarlanılıb. F.S.-in Mehman Hüseynova göndərdiyi səs yazısının mətni: "Mehman, salam, necəsən? Nə var, nə yox? Səndən bir dənə xahişim var, nəsə o şəkli tapa bilmirəm. Bir dənə o şəkli, qardaşsan, bir dənə mənə göndər də." F.S.-in Elman Əliyevə göndərdiyi səs yazısının mətni: "Elman bəy, bu qız bəyəm Alenadır? Nəsə belə burnu oxşayır, gözləri də... Mən sadəcə anlamadım. Onun köhnə şəkillərində gözləri qonurdur, amma yeni şəkillərdə gözləri mavidir. Bu şəkillərdə elə də oxşamır. Açığı bu video bir qədər şübhəlidir."

c41362f7-f9be-49f9-b556-921d2de13be8.jpg (129 KB)

Elman Əliyevin F.S.-ə göndərdiyi səs yazısının mətni:

"Mən hazırda küçədəyəm, evdə deyiləm. Mən evə gedəndə Youtube-da nə qədər şəkil varsa hamısını göndərəcəm. Bu küçədən şəkillər deyil. Bu böyük serialdır, oradan fraqmentdir. Bu yüz faiz odur."Saxlanılan şəxsin telefonunda olan görüntülərin təhlili göstərib ki, onlar 18+ xarakterli saytlardan götürülüb. Kadrda olan isə bu tip saytlarda "Amber Lulu" ləqəbi ilə tanınan qadındır. Onun əsl adı, yaşadığı ünvan istintaqa məlumdur. Həmin qadının açıq sosial media hesablarında kifayət qədər şəkli var. Başqa sözlə, Alena Əliyevaya qarşı aparılan bütün kampaniya böyük yalan üzərində qurulub. Bunu kampaniyanın təşkilatçıları, özlərini bloqer adlandıranlar əlbəttə ki, bilirlər. Onların belə davranışlarına qiyməti qoy hamı öz vicdanına uyğun formada versin. Amma bu işdə hələ bir sıra qaranlıq məqamlar qalır. Bu videoları özünü bloqer adlandıran şəxslərə kim ötürüb? Saxlanılan şəxsin telefonunda tapılan audioyazının daha bir hissəsini təqdim edirik.

9b8c6940-3df8-4870-8bbf-b7cd7ebd9eef.jpg (137 KB)

Zəki Səlimovun F.S.-ə göndərdiyi səs yazısının mətni:"Başa düşürəm, başa düşmək lazımdır burda da. Yəni bunu da anlamaq lazımdır ki, düymə hardan basılıb. Yəni haracan icazə verirlər də. Bu məsələnin, məsələn üçün, Mehman tərəfindən ortalığa deyilməsi, qoyulmasına icazə verilib. Başa düşürsən? Bizə də icazə verilib ki, yəni bunu biraz qabardaq, biraz şey eləyək və yayaq məsələn üçün buna can. Çünki bilirsən ki, yəni ki, burda kimsə nəyisə artıq dərəcədə qoysa ortalığa, o vurulacaq. Yəni bunu sən gözəl başa düşürsən də və gözəl də bilirsən də, yəni ki, aparılan oyunlarda kimə hansı rol verilir və haracan icazə verilir keçməyə məsələsi. Bu çox geniş, dərin bir söhbətdir, ona görə mən belə qısaca üzdən deyirəm, çünki bilirəm ki, sən bunları bilirsən, ona görə səninlə bu barədə söhbət eləyirəm. Bu günləri biz, yəni ki, o icazə verilən xəttəcən gedirik də. Ordan oyana keçsək, bu çox olduqca çətin bir vəziyyət yaradar. Çünki bu rejimə artıq yuxarıdan düyməsi basılıb ki, bu rejim dəyişilməlidir. İndi hansı formada, hansı formatda dəyişilməlidir sualı durur ortalıqda. Yəni bizə icazə verəcəklərmi biz dəyişək, ya kimisə gətirəcəklərmi dəyişsinlər? Ona görə mən həmişə söhbətlərimdə nə deyirəm, deyirəm böyük siyasətin içində oyun qurmağı bacarmaq lazımdır. Əgər biz oyun qura bilsək bu böyük siyasətin içərisində, o başqa məsələ, onda biz udarıq. Yox, oyun qura bilməsək, onda başa düşürsən, camaatın gözünün qabağına elə bir insan çıxardacaqlar ki, onun ətəyində namaz hamı qılmağa hazır olacaq."

Təbi ki, şok təfərrüratlar sırasında diqqətçəkən məqamlardan biri də səs yazısında konstitusiya quruluşuna yönələn ifadələrin səslənməsidir: İcazə verən kimdir? Hakimiyyət dəyişikliyinə qərarı kim verib? Öz təbirlərincə desək, "yuxarıda oturan" kimdir? Hansısa xaricdə oturan şəxs və qüvvə kimdir ki, Azərbaycanda hakimiyyət dəyişikliyinə qərar versin? Həmin qüvvəni güclü və qalib Azərbaycanın hakimiyyəti niyə qane etmir?

Sual oluna bilər ki, biz niyə bu mövzuda məhz indi danışmaq qərarına gəldik? Niyə görə biz buna qədər olan bu cür şantaj hallarından danışmamışıq? Əvvəl bu cür videolar peyda olanda sosial şəbəkələrin gücü, müasir texnologiyaların inkişaf səviyyəsi indiki kimi deyildi. Həmin zaman belə mövzunun efirdə işıqlandırılması onun daha geniş yayılması demək idi. İndisə sosial şəbəkələrin yayılma səviyyəsi, habelə bu cür videoların quraşdırılması texnologiyası güclü inkişaf edib və indi bu tip şantaj materialları artıq aktiv və geniş yayıla bilir. Məhz buna görə biz bu videonu təkzib edən material hazırladıq. Hesab edirik ki, cəmiyyətdə tutduğu mövqedən, siyasi mənsubiyyətindən, cinsindən asılı olmayaraq heç kimə qarşı belə addımlar atılmamalıdır. Xüsusilə də qadına qarşı şantaj yolverilməzdir. Qadın Azərbaycan cəmiyyətində daim müqəddəsdir. Qızımızdır, anamızdır, bacımızdır. Bu, əsrlər boyu bizim milli dəyərimiz olub. Qadına ləkə atılanda bu palçıq bütün cəmiyyətin üzərinə atılır. Bu gün bir qadının ünvanına atılan iftira və böhtana göz yumacağıqsa, sabah bunun bütün cəmiyyətə yayılacağı ehtimalı var. Bunun qarşısını bu gün hamımız, bütün cəmiyyət olaraq almalıyıq. Nəzərə almaq lazımdır ki, ətrafımızda baş verən müharibələr, münaqişələr fonunda Azərbaycan sabitlik adasıdır. Az qala aparıcı dövlətlər ölkəmizdəki sakitliyə, ictimai –siyasi sabitliyə qısqanclıqla yanaşırlar. Hər an təxribatlar, terror aktları ilə bu sakitliyin pozulmasına cəhd oluna bilər. Ona görə xalq olaraq Prezidentimiz, Fateh Sərkərdə İlham Əliyevin ətrafında daha sıx birləşməli, daha ayıq - sayıq və ehtiyatlı olmalıyıq.

İLHAM ƏLİYEV

Digər xəbərlər