Ukrayna hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Rusiya kəşfiyyat xidmətləri saxta Ukrayna nömrələrindən istifadə edərək və özlərini fəallar və hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edərək Zakarpatiyadakı macar icmasını təhdid ediblər.
SBU-nun məlumatına görə, informasiya və psixoloji əməliyyat aparmaq üçün ruslar IP telefoniyadan istifadə edərək nömrələri saxtalaşdırıblar. Bu Ukrayna nömrələrindən onlar Macarıstan milli icmasının üzvlərinə anonim təhdid zəngləri ediblər. Qeyd olunur ki, bu zənglər zamanı naməlum şəxslər "milli-vətənpərvər qruplar"ın üzvləri və ya hətta hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edərək insanlardan Ukraynanı tərk etmələrini tələb ediblər, onları fiziki zorakılıqla hədələyiblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları zənglərin Rusiya Federasiyası daxilindən gəldiyini müəyyən ediblər.
Təhlükəsizlik Xidməti hazırda bu informasiya əməliyyatının qarşısını almaq üçün çalışdıqlarını qeyd etdi və vətəndaşları bu cür təxribatlara reaksiya verməməyə və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyə çağırdı.
İlham