PDF Oxu

Siyasət

  • 696

Partiya veteranı Əmirxan Zeynalov ziyarət olunub FOTOLAR

image

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov və Laçın Rayonu İcra Hakimiyyəti başçısının Piçənis kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Niftalı Manafov Novruz və Ramazan bayramları münasibətilə Laçın rayonunun Piçənis kənd sakini, partiya veteranı Əmirxan Zeynalovu ziyarət etmişlər.

Görüş zamanı İlqar İlyasov Əmirxan müəllimi və onun ailə üzvlərini hər iki əlamətdar bayram münasibətilə səmimi-qəlbdən təbrik etmiş, ona möhkəm cansağlığı, uzun ömür və firavan həyat arzulamışdır. O, çıxışında Əmirxan Zeynalovun uzun illər ərzində Yeni Azərbaycan Partiyasının fəal üzvü kimi partiya dəyərlərinin təbliğində, ictimai-siyasi proseslərdə yaxından iştirakında, eləcə də təhsil sahəsində göstərdiyi çoxillik səmərəli fəaliyyətində xüsusi xidmətlərini qeyd etmişdir.

Sonda Əmirxan Zeynalova göstərdiyi xidmətlərə görə fəxri fərman təqdim olunmuşdur.

Əmirxan Zeynalov isə öz növbəsində ona göstərilən yüksək diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə dərin minnətdarlığını bildirmişdir.

Digər xəbərlər