PDF Oxu

Siyasət

  • 595

Fransada rüsvayçı seçkilər keçirildi FOTO

image

Avropa dövlətləri arasında ən qəddar, qeyri-demokratik dövlət Fransa hesab olunur. Bu ölkədə insan azadlıları məhdudlaşdırılıb, hüquq pozmalar kütləvi xarakter alıb. Belə xaos və anarxiyanın hökm sürdüyü dövlətdə ötən həftə bələdiyyələrə seçkilər keçirildi. Seçkilər yerli əhəmiyyətinə baxmayaraq, onlar çox diqqət çəkdi.Çünki növbəti il Fransada prezident seçkiləri keçiriləcək və bu seçki qatı diktator Emmanuel Makron üçün bir sınaq hesab olunur. Sekinin nəticələri onu deməyə əsas verir ki, Makronun partiyası bütün bələdiyyə ərazilərində məğlubiyyətə düçar olub. Ümumiyyətlə, seçkilərə əhalinin marağı çox az olub. Bunu seçkilərdə iştirak edənlərin sayının az olması da təsdiq edir. Belə ki, bələdiyyə seçkilərində iştirakçıların sayı cəmi 23, 4 faiz təşkil edib. Bəzi ekspertlər əhalinin seçkilərə maraq göstərməməsinin səbəbini prezident Makronun siyasətinə etiraz etmələri ilə bağlı olduğunu iddia edirlər.

Seçici sayının az olmasının digər səbəbi isə namizədlər arasında rəqabətin olmaması göstərilir. Çünki Makronun müdaxiləsi ilə ölkə üzrə 87 faiz bir namizəddən ibarət olub. Bu da seçkiləri hər hansı rəqabətdən, fikir mübadiləsindən, demokratik müzakirələrdən məhrum edib.

Səsvermədən əvvəl keçirilən Ifop sorğusu göstərdi ki, 18-24 yaş arası seçicilərin yalnız 39%-i və 25-34 yaş qrupunda 46%-i səs verəcəklərinə əmin idi, 65 yaşdan yuxarı vətəndaşlar arasında isə bu, 72%-də müşahidə olunub. Prezident seçkilərinin məşqi gənc seçicilərin yerli siyasətdə yaşlı nəsillərə nisbətən daha az iştirak etdiyi bir vəziyyətdə başlayır. Sorğuya baxmayaraq səsvermə zamanı əhali iradələrini ifadə etməkdən imtina ediblər. Bu isə Fransanın gələcəyinin qaranlıq olduğunu təsdiqləyir.

Seçkilərin nəticələri elan olunan zaman məlum olub ki, Parisdə səsvermə baş tutmamış elan olunub. Çünki qanuvericiliyə uyğun olraq secici sayı 10 faizdən də aşağı olub. Bu baxımdan ölkənin Mərkəzi Seçki Komissiyası bələdiyyələrə ikinci turun keçirləməsi haqında qərar qəbul edib.

İlham

Digər xəbərlər