PDF Oxu

Siyasət

  • 536

Təxribat planı necə ifşa olundu? - TƏHLİL

image

Dövlətə xəyanət etmək, xalqın milli maraqlarına zərbə vurmaq insanlıq hissini itirmək, dəyərlər sistemindən məhrum olmaq deməkdir. Yazıqlar olsun ki, belələri var. Onlar bilə-bilə xalqına və dövlətinə qarşı xəyanət yolu tuturlar. Yəni xainlik və satqınlıq etməkdən də çəkinməyirlər. Səbəbini araşdıranda bəlli olur ki, belə üzüdönüklər xarici maraqlı dairələrin təsiri altında olanlardır. Digər qismi isə, daha çox varlanmaq, böyük həcmdə pullar əldə etmək iştahasına düşənlərdir. Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev ilə bağlı cinayət işinə nəzər yetirdikdə məlum olur ki, onun dəstəsində hər iki kateqoriyadan olan insanlar var. Yəni dövlət çevrilişi cəhdini planlaşdırmaqla xalqın qurub, yaratdıqlarını dağıtmağa çalışanlarla yanaşı pul, var dövlət qazanmaq istəyənlər də mövcuddur. Təbii ki, hər iki kateqoriyadan olan məxluqlar mühakimə olunaraq layiqli cəzalarını alacaqlar. İlk növbədə isə onların hər biri ictimai qınağa, ittihama məruz qalırlar. Çünki dövlətin və xalqın maraqlarından üstün heç nə ola bilməz. Varsax deməli, onlar yuxarıda qeyd etdiyimiz kimi, insanlıq hissindən, milli təəssübkeşlikdən və əxlaqi dəyərlərdən məhrumdurlar. Onlara azərbaycanlı demək də şübhələr yaradır. Necə ola bilər ki, Qarabağ kimi düyünü 44 günə həll edib, adını dünya hərb tarixinə qızıl hərflə yazan Azərbaycan xalqını fəlakətə sürükləməyə, dövləti çalxalanmalara məruz qoymaq olar? Azərbaycanlı olan kəs həssas bir məqamda, hansı ki, müharibənin qaçılmaz olduğu bir vaxtda ermənilərin maraqlarına uyğun olaraq təxribatlar törətməyə cəhdlər göstərə bilər?

Saxta vətənpərvərlik

Fakt ondan ibarətdir ki, 2020-ci ilin iyul ayının 14-dən 15-nə keçən gecə Ramiz Mehdiyev, Əli Kərimli, Abbas Abbasov və digərləri Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın apardığı təcavüzkar müharibəyə qarşı və orduya dəstək üçün insanların Bakı şəhərində yürüş etdikləri zaman geniş təxribat planı hazırlayıblar. Əli Kərimlinin birbaşa tapşırığı əsasında Fuad Qəhrəmanlı və digər AXCP üzvləri kiçik qruplar təşkil etməklə yürüş iştirakçılarına qoşularaq vətənpərvərlik şüarlarını təxribat xarakterli çağırışlarla əvəz edərək xaotik vəziyyət yaratmağı planlaşdırmışdılar. Əgər məkrli planları baş tutsa idi, sonradan təxribatın miqyasını genişləndirərək Azərbaycan Respublikası Milli Məclisinin və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binalarını ələ keçirməli idilər ki, bundan sonra kütləvi informasiya vasitələri ilə hakimiyyətin ələ keçirildiyini bəyan edəcəkdilər. Bununla bağlı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı Dövlət Təhlükəsizliyi Xidmətində dindirilərkən açıq etiraflar edib. Bildirib ki, Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın apardığı təcavüzkar müharibəyə qarşı və orduya dəstək üçün Azərbaycan vətəndaşları 2020-ci ilin iyul ayının 14-dən 15-nə keçən gecə Bakı şəhərində yürüş etdikləri zamanı Əli Kərimli ona və digərlərinə xüsusi tapşırıqlar verib. Tapşırıqlara əsasən partiyanı təmsil edən şəxslərlə birlikdə kiçik qruplar təşkil etməklə yürüş iştirakçılarına qoşulmaq, daha sonra vətənpərvərlik şüarlarını təxribat xarakterli çağırışlarla əvəz edərək xaotik vəziyyət yaratmaq, bu vəziyyətdən yararlanıb kütləni idarə etməklə, Azərbaycan Respublikası Milli Məclisinin və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binalarını ələ keçirmək, o cümlədən kütləvi informasiya vasitələri ilə hakimiyyətin ələ keçirilməsinə cəhd edilməli idi.

Onları ağır cəza gözləyir

Bütün bunlar onu təsdiq edir ki, Ramiz Mehdiyevin rəhbərlik etdiyi təxribatçı dəstə Rusiya xüsusi xidmət orqanlarından verilən tapşırıqları yerinə yetirmək üçün geniş təxribat planı hazırlamışlar. Əli Kərimli planın icrası üçün hər cür vasitə və üsülardan istifadə etmişdir. Hətta Əli Kərimli ağası rolunda çıxış edən Ramiz Mehdiyevin sifarişi əsasında Rusiya qarşısında öhdəliklərini də bəyan etmişdir. Bildirmişdir ki, hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın mərhələli qaydada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına tam üzv olacaq. Bu hal birbaşa Azərbaycan xalqının və dövlətinin maraqlarına qarşı xəyanətdir. Cinayət işinin materallarına görə, cinayətkar dəstənin fəaliyyəti geniş olub. Ramiz Mehdiyev 2025-ci ilin avqust-sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə gizli plan və fəaliyyət istiqamətlərini özündə ehtiva edən “Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər” başlığı altında müvafiq xarici dildə hazırladığı yazılı materialı köməkçisi Əmirov Eldar Qurban oğlu və digərləri vasitəsilə həmin sənəddə nəzərdə tutulan məsələlərin birgə razılaşdırılması məqsədilə 27 sentyabr 2025-ci il tarixində Əli Kərimliyə təqdim etmiş, 2025-ci ilin oktyabr ayının 3-də sözügedən yazının yekun redaktə olunmuş nüsxəsini qabaqcadan şəxsən əlaqə saxladığı xarici dövlətin xüsusi xidmət orqanlarının rəhbər vəzifəli şəxslərinə faktiki sahibi olduğu “Şərq-Qərb” ASC-nin əməkdaşları vasitəsilə göndərmiş, qeyd olunan göndəriş texniki olaraq fiksə edilib.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın dağıdıcı müxalifəti güclü və qüdrətli Azərbaycan dövlətinin sütunlarını zədələmək üçün istənilən qüvvə ilə, eləcə də Ermənistandakı əlləri azərbaycanlı uşaqların qanına batmış Koçaryanla, Sarkisyanla, Ohanyanla və digər revanşist qüvvələrlə əməkdaşlıq etməkdən çəkinməyiblər. Əsaslı olaraq hüququn aliliyi qorunaraq cinayətkar dəstə ifşa olundu və təşkilatçılar həbs edildilər. Həbslərdən sonra xarici maraqlı qüvvələrin, xüsusilə də Fransa, Almaniya kimi dövlətlərin hegemonluq etdiyi Avropa İttifaqının hay-küy qaldırması sadəcə izi azdırmaq cəhdindən başqa bir şey deyil. Şəxs, o cümlədən dağıdıcı müxalif partiya sədri və funksionerləri dövlətə qarşı cinayət törədibsə, onlar mütləq məsuliyyətə cəlb olunmaldır. Qardaş Türkiyədə, aparıcı partiyanın funksioneri, İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlu cinayət törətdiyinə görə, həbs olundu və bu günlər məhkəməsi keçiriləcək. Gürcüstanın 8 müxalifət partiyasının liderləri məhkəmə qarşısına çıxarılıb. Onlara qarşı cinayət işi 2025-ci il 6 noyabrda açılıb. Təqsirləndirilən şəxslərin bəziləri təxribatda, digərləri isə xarici dövlətin düşmənçilik fəaliyyətinə kömək etməkdə və hökuməti devirməyə çağırış etməkdə ittiham olunurlar. Günahkar olduqları sübut olunarsa, onları 15 ilə qədər həbs cəzası gözləyir. Ölkənin keçmiş prezidenti, indiki hakimiyyətə qatı müxalifətçi Mixeil Saakaşvili məhkəmə qarşısına çıxarılıb. Məhkəmə zalında həmçinin Qvaramiya, Vaşadze, Zurab Caparidze və Badri Caparidze də iştirak edib. Xoştariya və Xazaradze dinləmədə iştirak etməyiblər, Melia isə keçmiş cinayətlərinə görə, həbsxanada cəzasını çəkir. Müxalifətçilər Badri Caparidze və Mamuka Xazaradze hər biri 1.000.000 lari girov, Zurab Caparidze və Giorgi Vaşadze isə hər biri 30.000 lari girov qarşılığında məhkəməyə qədər azadlıqda qalıblar.

İLHAM ƏLİYEV

Digər xəbərlər