PDF Oxu

Siyasət

  • 976

Elimizə Novruz gəlir ... - FOTOLAR

image

Artıq qışın sərtliyi ilə ad qoyan dağlar diyarı Lerikdə baharın isti nəfəsi hiss olunur. Mürgüləyən təbiət yavaş-yavaş oyanır, dərə-təpələrə, düzənlərə xoş ovqat gəlir. Bu könül oxşayan mənzərəni duyan hər bir lerikli qalib bir ölkənin vətəndaş olmaqla fəxr edir, baharın pişvazına sevinc dolu ürəklə çıxır. Lerik şəhər Mədəniyyət Mərkəzinin qarşısındakı meydanda təşkil olunan bayram tədbiri isə buraya gələn hər kəsdən şaxtalı qışın “soyuğunu” alır, əvəzində qəlblərdə xoş əhval-ruhiyyə yaradırdı.

Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikovin, YAP Lerik rayon təşkilatın sədri Malik Mirzəyevin, Milli Məclisin deputatı Vasif Qafarovun, rayon icra hakimiyyəti başçısı aparatının, idarə, təşkilat və müəssisələrin kollektivlərin, hüquq mühafizə orqanlarının rəhbərlərin, şəhid ailələrinin üzvlərin, ağsaqqallar, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələrinin ətrafına toplaşdığı bayram tonqalını Milli Məclisin deputatı Vasif Qafarov şəhid atası Rəbbil Heydərovla birgə alovlandırdılar .

Mədəniyyət mərkəzində davam etdirilən tədbirdə rayon icra hakimiyyəti başçısının müavini H. Məlikov və Milli Məclisin deputatı V. Qafarov çıxışlarında min illər boyu xalqımız tərəfindən qeyd edilən, milli birlik və həmrəylik rəmzi olan müqəddəs Novruz bayramı münasibətilə rayon əhalisini təbrik etdilər hər bir ailəyə bol ruzi, xoşbəxtlik və səadət arzuladılar.

Novruz bayramına həsr olunan musiqili proqramda incəsənət nümayəndələrinin tanınmış üzvləri rəngarəng musiqi nömrələri ilə çıxış etdilər.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər