Milli Məclisin deputatı Nigar Məmmədova Abşeron rayonunun Xırdalan şəhərində Vətən müharibəsi şəhidi Ruhin Müzəffər oğlu Xəlilovun ailə üzvlərini ziyarət edib.Millət vəkili 2020-ci il oktyabrın 22-də Qubadlı istiqamətindəki döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Ruhin Xəlilovun göstərdiyi şücaətdən danışıb. Görüşdə ölkəmizin ərazi bütövlüyü uğrunda fədakarlıq göstərmiş Vətən övladlarının xatirəsi ehtiramla yad edilib.