PDF Oxu

Siyasət

  • 903

Tarix heç nəyi silmir - FOTOLAR

image

Martın 31-də YAP Astara rayon təşkilatının, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə sektorunun, Astara rayon Heydər Əliyev Mərkəzinin və Astara şəhər M. Ə. Sabir adına 1 saylı tam orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə 31 Mart- Azərbaycanlıların soyqırımı günü münasibətilə “Tarix heç nəyi silmir” mövzusunda sərgi və tədbir keçirilib.

Astara rayon Heydər Əliyev Mərkəzində baş tutan, YAP Astara rayon təşkilatının, Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Astara rayonu üzrə sektorunun əməkdaşların, Astara şəhər M. Ə. Sabir adına 1 saylı tam orta ümumtəhsil məktəbinin müəllim və şagirdlərin iştirak etdiyi tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən yolunda canını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb .

Dövlət Himninin sədalar altında başlayan tədbirdə çıxış edən Mərkəzin direktoru Kübra Səmədova deyib:- 31 Mart Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilib . Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilib, kəndlər yandırılıb, milli mədəniyyət abidələri məhv edilib.

Mövzu ətrafında çıxış edən digər natiqlərdə bildiriblər ki, qanlı 31 mart soyqırımı təkcə dəhşətli faciə deyil, həm də yaddaşın, milli birliyin, eləcə ədalət uğrunda mübarizənin rəmzidir. Xalqımız bunu yaddaşında saxlamaqla gələcəyə daha inamla getməlidir.

Tədbirdə video-çarx nümayiş olunandan sonra iştirakçılar rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər