PDF Oxu

Siyasət

  • 673

Yasamalda silsilə idman yarışlarının təşkili ilə bağlı iclas keçirilib - FOTOLAR

image

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə idman yarışlarının təşkili ilə bağlı iclas keçirilib. YAP Yasamal rayon təşkilatında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən iclasda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov, YAP Yasamal rayon təşkilatının əməkdaşları, YAP Yasamal rayon ərazi partiya təşkilatlarının sədrləri, Yasamal rayonunda yerləşən ali və orta ixtisas təhsil müəssisələrinin idman klublarının rəhbərləri iştrak edib. İclasda ilk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermişşəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, idman yarışları Yasamal Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə keçirəcəkdir.

İcasda ilk olaraq çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev iclas iştirakçılarını salamlayaraq qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin və onun bir hissəsi olan idman yarışlarının uğurla reallaşdırılması nəticəsində əldə edilən nailiyyətlərdən yüksək səviyyədədir. Diqqətə çatdırılıb ki, Azərbaycan gəncliyi ölkə həyatının bütün sahələrində fəal iştirakı ilə seçilir, ictimai-siyasi, sosial-iqtisadi, humanitar və digər tədbirlərin keçirilməsində və xüsusilə idman yarışlarında fəal şəkildə iştirakı mühüm rol oynayır. Bundan əlavə olaraq YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Azərbaycanda idman sahəsində gənclərin qarşısında duran əsas məqsədləri kimi həm ölkə daxilində, həm də beynəlxalq yarışlarda vətənimizi uğurlu şəkildə təmsil etmələrini və yüksək nəaliyyətlər əldə etmələrini vurğulayıb. Qeyd olunub ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə idman yarışlarının keçirilməsinin əsas məqsədləri isə Ulu Öndərin anadan olmasınını təntənəli surətdə qeyd etmək, gəncləri bədən tərbiyəsi və idmanla aktiv məşğul olmağa cəlb etmək, gənclərin fiziki sağlamlığını möhkəmləndirərək sağlam həyat tərzini təbliğ etmək, rayon ərazisində idman yarış və tədbirlərinin ənənələrini qoruyub saxlamaqdan ibarətdir

Sonra çıxış edən Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov qeyd edib ki, Respublikamızda Ulu Öndər Heydər Əliyevin banisi olduğu və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən idman siyasəti uğurla inkişaf edir və çiçəklənir. Bu uğurun da davamlı olması və gənclərin bədən tərbiyəsi və idmanla aktiv məşğul olması istiqamətində Yasamal rayonu ərazisində idman yarışlarının keçirilməsi olduqca vacibdir.

Daha sonra müzakirə formatında davam edən iclasda suallar cavablandırılıb, təklifləri dinlənilib.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş idman yarışları 2026-cı ilin aprel- may aylarında Yasamal rayonu ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələrindən təşkil olunmuş komandalar iştirakı ilə həyata keçiriləcəkdir.

Ümumilikdə yarışların proqramına əsasən 6 idman növü üzrə (basketbol, stolüstü tennis, voleybol (oğlan, qız), mini-futbol, şahmat, dama) 7 yarış keçiriləcəkdir. Hər bir növ üzrə isə I, II, III yerləri tutmuş komandalar müvafiq dərəcəli diplomlar, komanda üzvləri isə müvafiq dərəcəli diplom və medallarla təltif olunacaqlar.

Digər xəbərlər