“Yolumuz Qarabağadır” layihəsi çərçivəsində Lənkəran rayon təşkilatının təşəbbüsü ilə Şuşa, Xankəndi, Xocalı, Ağdam və Əskəran şəhərlərinə səfər təşkil olunmuşdur.
Səfərdə YAP Lənkəran rayon təşkilatlarının əməkdaşları, ərazi partiya təşkilatının sədrləri və partiya fəalları, eləcə də şəhid ailələrinin nümayəndələri iştirak etmişlər.
Səfərin əsas məqsədi iştirakçıların Qarabağın zəngin tarixi, mədəni irsi və müasir inkişafı ilə yaxından tanışlığını təmin etmək, eyni zamanda vətənpərvərlik ruhunun daha da gücləndirilməsinə töhfə vermək olmuşdur.
Səfər çərçivəsində iştirakçılar Şuşa, Xankəndi, Xocalı, Ağdam və Əskəran şəhərlərində aparılan genişmiqyaslı bərpa və quruculuq işlərini yerində müşahidə etmiş, ölkəmizdə həyata keçirilən uğurlu siyasətin nəticələri ilə yaxından tanış olmuşlar.
Bu cür layihələr milli-mənəvi dəyərlərin təbliği, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və gənc nəslin vətənə bağlı ruhda yetişdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.