Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatında ömrünün 50 ilini ən şərəfli peşəyə – insanların sağlamlığının qorunmasına həsr etmiş partiya veteranı Xuraman Bəylərova ilə görüş keçirilib.YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya Xuraman həkimi 75 illik yubileyi münasibətilə Fəxri Fərmanla təltif edib, ona cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb. Qeyd olunub ki, Xuraman Bəylərova həkim kimi fəaliyyəti ilə bərdəlilərin rəğbətini qazanıb, peşəkarlığı və fədakarlığı ilə dövlətə və xalqa ləyaqətlə xidmət edib.Xuraman Bəylərova ona göstərilən diqqət və qayğıya görə dərin minnətdarlığını ifadə edib.