PDF Oxu

Siyasət

  • 1 223

60 illik ömrün xalqına, Vətəninə sədaqəti - ŞƏRH

image

Vətənpərvərlik ruhu, xalqına, Vətəninə sədaqət, yaxşı əməllərlə yaşadığı cəmiyyətə gərək olmaq, insanlara sevgi bəsləmək Validə Mədətovanın həyat amalıdır. Bu nəcib, humanist təbiətli Azərbaycan xanımı uzun illərdir ki, Lerik şəhər M. Bağışov adına 3 saylı tam orta ümumtəhsil məktəbinin direktorudur. Vəzifəsinin öhdəsindən şərəflə gələn Valid Mədətova Azərbaycanın əməkdar müəllimi adına layiq görülüb. O, həm də Yeni Azərbaycan Partiyasının ən fəal üzvüdür. Ömrünün 60 ilini yola salan Validə müəllim həmişə öz işinə böyük məhəbbətlə yanaşıb, gələcək üçün ləyaqətli vətəndaşlar tərbiyə etmişdir. Gözəl arzularla yaşayan ziyalı xanım partiya həyatında da daimi fəal olmuş, insanları düzgün yola dəvət etməklə onları firavan həyat naminə qurub- yaratmağa ruhlandırıb.

Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının qərargahında Validə Mədətovanın 60 illik yubileyi münasibətilə keçirilən görüşdə təşkilatının sədri Malik Mirzəyev ziyalı xanımın uzun illər ərzində təhsil sahəsində səmərəli fəaliyyətindən, gənc nəslin yetişdirilməsində göstərdiyi xidmətlərdən və Yeni Azərbaycan Partiyasına sədaqətindən danışıb. Bildirib ki, o, həm peşəkar müəllim, həm də bacarıqlı rəhbər kimi Lerik rayonunun ictimai həyatında özünəməxsus yer tutur.

Çıxış edən digər natiqlər Validə Mədətovanın pedaqoji fəaliyyətini yüksək qiymətləndirərək onun zəhmətkeşliyindən, tələbkarlığından və müəllim adına layiq xüsusiyyətlərindən dərin səmimiyyətlə söz açıblar. Qeyd olunub ki, o, rəhbərlik etdiyi məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm nailiyyətlər əldə edib və müəllim kollektivinin hörmətini qazanıb.

Söz Validə Mədətovaya çatanda o, göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib, bundan sonra da təhsil sahəsində fəaliyyətini eyni məsuliyyətlə davam etdirəcəyini vurğulayıb.

Yubilyara Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatı tərəfindən Fəxri fərman və xatirə hədiyyəsi təqdim olunub.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər