10 aprel 2026-cı il tarixdə YAP Kürdəmir rayon təşkilatının Qocalı kənd ərazi partiya təşkilatı yaradılıb. Tədbirdə YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov iştirak edib. Tədbiri giriş sözü ilə açan partiyanın fəal üzvü, Mehdili bələdiyyəsinin sədri Talıb Salahov müstəqil Azərbaycanın qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb, dövlətçilik strategiyasının ölkə başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Talıb Salahov bildirib ki, bu gün Azərbaycan keşməkeşli tarixi dövrlərdən sonra Vətən müharibəsinin təntənəli Zəfərini yaşayır. Ali Baş Komandanımızın rəhbərliyi və Müzəffər Ordumuzun qalibiyyəti nəticəsində üçrəngli müqəddəs bayrağımız suverenliyimizin rəmzi kimi Qarabağ da daxil olmaqla bütöv Azərbaycanda vüqarla dalğalanır.
Tədbirdə iştirak edən YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov Yeni Azərbaycan Partiyasının ölkənin ictimai, siyasi və sosial həyatındakı rolundan danışaraq bildirib ki, ölkəmiz böyük tərəqqi və inkişaf yolu keçərək dünyada öz layiqli yerini tutmuşdur. Bütün bunlar Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yorulmaz fəaliyyətinin və misilsiz xidmətlərinin sayəsində mümkün olmuşdur. VII Qurultayda YAP rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələr və öhdəliklər haqda partiya fəallarına məlumat verib.
Daha sonra digər çıxışçılar Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yol və yeni ərazi partiya təşkilatının yaranmasının əhəmiyyətindən danışıblar.
Çıxışlardan sonra səsvermə keçirilib. İşgüzarlığı, yüksək təşkilatçılığı ilə kollektivdə böyük hörmət qazanan Talıb Salahov yekdil səslə ərazi partiya təşkilatının sədri, Nahid Budaqov isə sədr müavini seçiliblər. Ərazi partiya təşkilatının seçilmiş sədr və sədr müavini göstərilmiş etimada görə təşəkkürlərini bildiriblər və bu etimadı layiqincə doğruldacaqlarını, bundan sonra da Vətənə, xalqa sədaqətlə xidmət edəcəkələrini bəyan ediblər.
E.Qafarov yeni seçilmiş ərazi partiya təşkilat sədri Talıb Salahovu və sədr müavini Nahid Budaqovu təbrik edərək, təşkilatın işlərində uğurlar arzulayıb, iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.