PDF Oxu

Siyasət

  • 937

Vətən sevdalısı yaşasaydı, 31 yaşını qeyd edəcəkdi... - ŞƏRH

image

İkinci Qarabağ savaşının qalib şəhidi, Astara rayonu, Burzubənd kəndində dünyaya göz açmış Rövşən Ramazanovun doğum günüdür. Əgər yaşasaydı, bu gün- 14 apreldə özünün 31 yaşını qeyd edəcəkdi. Nə dərd... Cismən həyatda olmasa da, milyonların qəlbində özünə əbədi yer edən bu Vətən sevdalısının sorağı indi harada bir Günəş müqəddəsliyi var, oradan gəlir.

Astaranın qəhrəman oğlu Rövşən Ramazanov Vətən müharibəsində Cəbrayılın, Qubadlının, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə sözün əsl mənasında tarix yazıbdır. 27 oktyabrda Xocavənd rayonunun Cütçü kəndində şəhidlik zirvəsinə ucalır. Dövlət tərəfindən ölümündən sonra “Vətən uğrunda”, eləcə Cəbrayılın, Qubadlının, Xocavəndin azad olmasına görə medallara layiq görülür.

Astara rayonunda böyük də, kiçik də qəhrəman Rövşəni özünə qürur yeri bilir, hər yerdə, hər zaman adını iftixarla çəkirlər.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər