PDF Oxu

Siyasət

  • 515

“Gender bərabərliyi: bərabər hüquqlar, güclü cəmiyyət” - FOTOLAR

image

Astara Pedaqoji Kollecində bu mövzuda dəyirmi masa keçirilib. Azərbaycan Respublikasında gender bərabərliyi üzrə (kişi və qadınların) 2026-2028-ci illər üçün Milli Fəaliyyət Planına əsasən təşkil olunmuş tədbirə qatılanlar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçib şəhidlik zirvəsinə ucalan qəhrəmanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər .

Gender bərabərliyinin cəmiyyətin davamlı inkişafı üçün mühüm əhəmiyyət daşıdığını vurğulayan “Tarix-coğrafiya və pedaqoji fənlər” FBK-nın sədri Ülfət Həşimli onu da bildirib ki, qadın və kişilərin bərabər hüquq və imkanlara malik olması sosial ədalətin təmin edilməsində əsas amillərdən bir sayılır.

Mövzu ilə bağlı tələbələrin çıxışları, aparılan interaktiv müzakirələr, eləcə real həyat nümunələri üzərində fikir mübadiləsi daha çox diqqət çəkib.

Sonda bildirilib ki, belə tədbirlərin təşkili cəmiyyətdə gender bərabərliyi ilə bağlı düşüncə tərzinin formalaşmasına və inkişafına mühüm töhfə verir.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər